Qubada Çənlibel gölü daşıb, istirahət mərkəzini su basıb FOTO
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Son günlər şimal bölgəsində müşahidə olunan intensiv yağıntılar Qubada bəzi ciddi problemlərə səbəb olub.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, güclü yağış rayonun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub.
Daşqın nəticəsində gölün sahilindəki istirahət mərkəzinə aid bir sıra tikili və ətraf ərazi su altında qalıb.
Xatırladaq ki, Çənlibel gölü ötən əsrin 50-ci illərində əkin sahələrinin suvarılması məqsədilə süni yolla yaradılıb. Ümumi sahəsi təxminən 10 hektar olan gölün dərinliyi 10-15 metr arasında dəyişir. Turistik əhəmiyyəti ilə seçilən göl, qış aylarında donması ilə də diqqət çəkir.
Hazırda ərazidə yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















