Qubada ər arvadın ölümü ilə bağlı cinayət işi başlanılıb
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qubada ər-arvadın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə BAKU.WS-ə Quba rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:Ağdərədə ər arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
15 İyul 2026 09:37
İki qurumdan ər və arvadın ölümü ilə bağlı birgə açıqlama
17 Aprel 2026 16:02
Baş Prokurorluq ər arvadın dəhşətli ölümü ilə bağlı Məlumat yaydı
07 Avqust 2026 11:34
Binəqədidə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb
08 Sentyabr 2025 12:01
Baxış sayı:129
Bu xəbər 19 Mart 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















