Qubada keçirilən qolf turnirində 3 ölkənin idmançıları mübarizə aparıblar
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən “The National Azerbaijan Golf Club”da keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar mübarizə aparıblar.
Beynəlxalq turnir yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.
Mükafatlandırma mərasimində Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
"Caspian Junior Cup 2026” uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Baxış sayı:74
Bu xəbər 04 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















