Qubada maşının vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Onun həyatını xilas etmək mümkün olmayıb
Quba rayonunun Bəhrəli kəndində avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, 30 sentyabr tarixində Bəhrəli kəndi ərazisində yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Pirmuradova Gülay Şöhrət qızını avtomobil vurub.
Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.
Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Oktyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















