Qubada “Tesla Cybertruck”lı TOY VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Quba rayonunun Zərdabi qəsəbəsində keçirilən toy mərasimi sosial şəbəkələrdə maraqlı görüntülərlə gündəm olub.
Milli.Az xəbər verir ki, bəy və gəlinin toy kortejində müasir və futuristik dizaynı ilə seçilən "Tesla Cybertruck" avtomobilindən istifadə edilib. Qəsəbə sakinləri və qonaqlar bu qeyri-adi seçimi maraqla izləyiblər.
Unikal görünüşü ilə seçilən avtomobil toy kortejinə müasirlik və fərqlilik qatıb. Bəzi qonaqlar isə bu anı mobil telefonları ilə lentə alaraq sosial mediada paylaşıblar.
Paylaşılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyicilər "Qubada toylar da artıq texnologiya dövrünə qədəm qoyub", "Belə toy korteji bura qədər gəlməzdi" kimi şərhlər yazıblar.
Milli.Az
Baxış sayı:81
Bu xəbər 24 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















