Qubadlı milli yaddaşımızın və əbədi qayıdışımızın ünvanı
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Aşağı Göycəli kənd”, “Xətai kənd” və “Qırılı kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbi qulluqçularımızın fədakarlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin azad edilməsi bu tarixi müharibənin mühüm hadisələrindən biri kimi yadda qaldı.
Tədbirdə çıxış edən digər natiqlər – “Aşağı Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Bəxtiyar Ələkbərov və Aşağı Göycəli kənd tam orta ümumtəhsil məktəbin müəllimi Ülviyyə Mehtiyeva bildiriblər ki, Qubadlının azad olunması Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin peşəkarlığını, eləcə də Vətənə sədaqətini nümayiş etdirdi. Bu qələbə uzun illər doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlərə qayıdış ümidini daha da yaxınlaşdırdı. Qubadlı şəhərinin azad edilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Oktyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















