Icma.az
close
up
RU
Qubadlıda ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi Fotolar

Qubadlıda ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə təşkilat rəhbərləri,şəhid ailələri,qazilər, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. 

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov  qeyd edib ki, 2025-ci il “Konstitusiya və Suverenlik ili” ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında bir çox tarixi və əlamətdar hadisələrlə yadda qalıb: “Prezident İlham Əliyevin Azərbaycan mediasına ötən ilin yekunlarına dair verdiyi müsahibəsi dövlətimiz və xalqımız üçün görülmüş işlərin real sübutudur. Cənab Prezidentin vurğuladığı kimi keçən ili ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar, bundan sonra da Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun gücü ilə, suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılan ən böyük nailiyyətimizdir. Qarabağın və Şərqi Zəngəzurun, işğaldan azad olunmuş ərazilərin bərpası, inkişafı dövlətimiz üçün prioritet məsələlərdəndir. Düşmənin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz müasir standartlara uyğun yenidən inkişaf edir. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa, yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. Artıq Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində bərpa işləri yekunlaşmaq üzrədir. Bu ilin Aprel,May aylarında köç prosesinin həyata keçirilməsi nəzərdə tutulub”.

RİH başçısı 2025-ci il ərzində rayonda görülmüş işlər və həyata keçirilmiş təbirlər haqqında geniş məlumat verərək 2026-cı ildə də bu işlərin davam etdiriləcəyini bildirib.
Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatları, İmamverdi İsmayılov, Ceyhun Məmmədov,YAP Qubadlı rayon Təşkilatının sədri Təhmasib Rüstəmov,rayon prokuroru Emil Kərimov və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri məqsədə uyğun hesab edərək RİH -başçısının hesabatını yüksək qiymətləndirərək Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd ediblər. 

Tədbirdə hesabatın yekunu ilə bağlı qarşıda duran vəzifələrə dair hazırlanmış qərar layihəsi oxunub.

Rayonun ictimai-siyasi həyatında fərqlənən 3 nəfər Qubadlı Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edilib.

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri