Icma.az
close
up
RU
Səbail RİH də ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib FOTO

Səbail RİH də ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səbail rayonunun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunları və həmin müddətdə görülən işlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

APA xəbər verir ki, yığıncaqda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, Səbail rayonunda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi əsas prioritet olacaq: “Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla və uğurla davam etdirərək Respublikamızın böyük uğurlara imza atmasına nail olub. Dünyada mürəkkəb geosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrin davam etdiyi bir dövrdə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlayıb, sosial-iqtisadi inkişafını uğurla davam etdirir, milli maraqlarını qətiyyətlə təmin edir.

Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milli ruhunu, özünəinamını və dövlətçiliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirib.

Zəfərdən sonra başlanan genişmiqyaslı quruculuq və bərpa prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma və memarlıq layihələri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə göstərir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi böyük strateji və ideoloji əhəmiyyət daşıyır. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı Cənab Prezidentin prinsipial və ardıcıl mövqeyi, tarixi ədalətin bərpasına yönəlmiş siyasi xətti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səbail rayonuna göstərdiyiniz xüsusi diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir. Qarşıdakı dövrdə cənab Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, Səbail rayonunda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi əsas prioritetlərimiz olacaq”.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, millət vəkili Nigar Arpadarai və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda, Səbail rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının Azərbaycan Prezidentinin siyasətinin real nəticəsi olduğu bildirilib.

Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunaraq, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri