Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: “Bu şəbəkənin arxasında duran şəxslər cəzalandırılmalıdır”

Qüdrət Həsənquliyev: “Bu şəbəkənin arxasında duran şəxslər cəzalandırılmalıdır”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Yenisabah.az xəbər verir ki, deputat əvvəlcə spikeri növbəti uğurlu səfər münasibətilə təbrik edib.

Həmçinin deputat həmkarı Ramin Həsəniyə TÜRKPA-nın baş katibi seçilməsi münasibətilə təbrik ünvanlayıb.

Müzakirə olunan qanun layihəsi ilə bağlı danışarkən bildirib ki, bizdə hüquqi aktlar 2 qrupa bölünür: normativ hüquqi aktlar və qeyri-normativ hüququ aktlar:

“Konstitusiyanın 94-cü maddəsilə Milli Məclisin müəyyənləşdirdiyi ümumi qaydalar var. Orada ölkənin maliyyə fəaliyyətinin əsaslarına dair biz büdcə haqqında qanun qəbul edirik. Amma büdcənin icrası ilə bağlı qanunun qəbul olunması bir az başadüşülən deyil. Bu məsələ Parlamentdə vaxtilə də qaldırılmışdı.

Söhbət ondan gedir ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 17-ci maddəsinə görə də Milli Məclisin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir. Qanun isə dəfələrlə tətbiq olunmaq üçün qəbul olunur və hansısa ictimai münasibətləri tənzimləyir.

Normativ hüquqi aktlar haqqında qanuna görə, Milli Məclis qanunların icrasına nəzarət edir. Biz nəzarət mexanizmini təmin edən ictimai münasibətləri tənzimləyən qanun qəbul etməliyik.

Milli Məclis büdcənin icrasına dair qərar qəbul edə bilər. Bunu istədim diqqətinizə çatdırım ki, hökumət bu barədə düşünsün və qanunvericilik təşəbbüsü ilə çıxış etsin”.

Qüdrət Həsənquliyev daha sonra deyib:

“Toxunacağım digər bir mühüm məsələ isə qanun layihəsində qaldırılan bir çox məsələlərlə bağlıdır. Bu da ondan ibrarətdir ki, məsələn, bu il dövlət müəssisələri, SOCAR təqribən 1,8 milyard vergi ödəyib. Onun da əhəmiyyətli hissəsi yenidən Bakı Neft Emalı Zavodunun bərpasına xərclənib.

Yəni dövlət müəssisələri həm də hökumət zəmanəti ilə pullar götürürlər, sonra biz büdcədən hər il milyardlarla vəsait geri qaytarırıq. Ona görə də dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi gündəmə gəlməlidir.

Biz iyunun 3-də hörmətli Prezidentin köməkçisi Ədalət Vəliyevin təşəbbüsü ilə Cəbrayıl və Zəngilana səfər etdik. Orada çox böyük quruculuq işləri gedir və büdcədən də bu il 5 milyard 345 milyon manat vəsait xərclənib. Bu, böyük vəsaitdir, amma orada həyatı qaytarmaq üçün 100 milyardlarla manat vəsait lazımdır”.

Deputat ardınca mühüm bir məqama diqqət çəkib:

“Mən bir məsələyə toxunum, hansı ki, bu günlərdə bu barədə informasiya yayılıb, çox təəssüf ki, hamı bu barədə bir-birilə pıçıltı ilə danışır. Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmal yolu ilə gəmilərlə ölkəyə gətirilən və 100 milyonlarla aksiz markası olmayan və vergidən yayınan, siqaret qaçaqmalçılığı ilə məşğul olan bir cinayətkar şəbəkəni ifşa ediblər. Mən onlara təşəkkür edirəm.

Çox istərdim ki, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Dövlət Sərhəd Xidməti araşdırsınlar ki, bunlar özləri orada dənizi qazıb, liman düzəldiblər, uzun müddət bu işlə məşğul olublar.

Biz bilirik ki, Azərbaycanda siqaret istehsalı ilə məşğul olan müəssisələr var. Onlar vergi ödəyirlər. Yəni bu ədalətsizliyin qarşısı alınmalıdır, həm də bu qədər milyardlarla vəsaitin tələb olunduğu vaxtda hesab edirəm ki, bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir. Bu şəbəkənin arxasında duran şəxslər aşkar olunub ciddi şəkildə cəzalandırılmalıdır.

Gömrük xətti ilə toplanan vəsaitlərə də toxunmaq istəyirəm. Mən baxdım, misal üçün, ABŞ-də gömrük orqanları xətti ilə toplanan vəsait adambaşına təqribən 300 dollar, bizdə isə bu, təqribən 660 dollardır. Yəni bu da hökuməti ciddi düşündürməlidir və narahat etməlidir ki, niyə Azərbaycanda bu qədər idxalın həcmi böyükdür və biz niyə bu istehsal ilə özümüz məşğul ola bilmirik? Niyə sahibkarlar ölkəyə investisiya yatırmırlar və yaxud da ki, xarici investorlar Azərbaycana bizim gözlədiyimiz səviyyədə maliyyə vəsaitləri yatırmırlar?

Mən əvvəllər də bu məsələni qaldırmışam, iqtisadi cinayətlərlə bağlı bütün cinayət işlərinin araşdırılması Vergilər Nazirliyinə tapşırılmalıdır. Əgər digər dövlət orqanları hər hansı iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayırlarsa, dərhal həmin materiallar Vergilər Nazirliyinə göndərilməlidir.

Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır, qanunun aliliyi təmin olunmalıdır və mülkiyyəti qoruyan güclü məhkəmələr olmalıdır”./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri