Qulamhüseyn Əlibəyli: “Siyasi qüvvələr İrana qarşı...”
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Naxçıvana PUA-larla zərbəsi ilə əlaqədar Prezident İlham Əliyevin, bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin tutduğu mövqenin və sərt reaksiyasının alternativsizliyi heç kəsdə şübhə doğurmur.
İran rejimi birinci dəfə deyildi ki, Azərbaycan Respublikasına qarşı belə təxribatlar və terror aksiyaları törədirdi. İran rejimi dəfələrlə Azərbaycanın hava və su məkanını pozub. Hətta 44 günük Vətən müharibəsi dövründə Azərbaycanın quru sərhədlərini pozmağa cəhdlər göstərib.
Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirib, dəfələrlə Ermənistanı özünün qırmızı xətti hesab etdiyini bildirib. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı təşkil edib. İran açıq şəkildə Zəngəzur dəhlizinə qarşı çıxır, Türkiyə–Azərbaycan birliyini, bütövlükdə türk dünyasının inteqrasiyasını təhlükə kimi görür”.
“Cebheinfo.az” xəbər verir ki, bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Ekspert xatırladıb ki, İran rəsmiləri dəfələrlə Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilməsinin zəruriliyini bəyan edib:
“İranın Naxçıvana, özü də mülki obyektlərə PUA-larla zərbə endirməsi İran rəsmilərinin hədə-qorxu gəlməkdən əməli fəaliyyətə keçdiyinin əyani göstəricisidir.
Bu hücum haqlı olaraq İran rejiminin Azərbaycana qarşı illərlə apardığı düşmənçilik münasibətinin nəticəsi, Azərbaycanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı növbəti qəsd kimi qiymətləndirilir.
Ona görə də İranın Naxçıvana hücumuna dövlətimizin və cəmiyyətimizin belə sərt reaksiya göstərməsi tamamilə başa düşüləndir. Bu məsələdə Azərbaycanın siyasi qüvvələrinin demək olar ki, eyni mövqedən çıxış etməsi təqdirəlayiqdir.
Əksər dövlətlərin bu hücumu pisləməsi də Azərbaycanın beynəlxalq müstəvidə apardığı siyasətin uğuru və beynəlxalq münasibətlər sisteminin vacib iştirakçısına çevrilməsinin təsdiqi kimi dəyərləndirilməlidir”.
Q.Əlibəyli əlavə edib ki, İranın terroruna Azərbaycan dövlətinin və cəmiyyətinin, o cümlədən siyasi cameənin birgə reaksiyası göstərdi ki, heç kim Azərbaycanla hədə-qorxu, zor gücünə, təxribat və terrorla danışa bilməz:
“Bütün daxili narazılıqlara baxmayaraq ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı xarici təhdidlərə qarşı milli birlik nümayiş etdirə bilirik”.
“Cebheinfo.az”
Açar sözlər: İran Qulamhüseyn Əlibəyli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Mart 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















