Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq”

Qulamhüseyn Əlibəyli: “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Rusiya Azərbaycanın yürütdüyü müstəqil siyasəti həzm edə bilmir”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun səbəbindən də danışıb:

“Çünki Rusiya keçmiş Sovet respublikalarının onun təsiri altında olmasına çalışır. Rəsmi Moskva hədə-qorxu və ya təxribatlar hər vasitə ilə həmin faəliyyətlə məşğul olur. Azərbaycanla bağlı da həmin siyasət yeridilir. Düzdür, uzun müddət Azərbaycanla bağlı münasibətlər neytral xarakter daşıyırdı. 

Amma Zəngəzur dəhlizi ilə bağlı məsələ reallaşdıqca, Rusiya artıq Cənubi Qafqazda öz perspektivlərini görmür. Gürcüstan hakimiyyətinin rusyönümlü olduğu deyilsə də, Rusiyanın Gürcüstanla da münasibətləri yaxşı deyil. Ermənistan da Rusiyanın təsiri altından çıxmağa çalışır. Bu, açıq-aydın görünür. Azərbaycan isə müstəqil siyasət yürüdür”. 

Ekspert qeyd edib ki, Kremlin Azərbaycana qarşı hansısa təsir imkanları yoxdur: 

“Rusiya hələ də Ermənistanda müəyyən təsir imkanlarını saxlayır. Azərbaycana qarşı isə belə bir rıçağı olmadığı üçün iyrənc təxribatlarla ölkəmizə təsir göstərməyə cəhd edir. Amma Moskva bizi yolumuzdan döndərə bilməz. Hazırda Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Rusiya olmadan da gündəmdədir. Hesab edirəm ki, tezliklə bu məsələlər də həll olunacaq. Nəticədə Rusiya Cənubi Qafqazdan birdəfəlik əl çəkəcək”. 

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Rusiya yaxın perspektivdə anti-Azərbaycan siyasətini dayandırmayacaq: 

“Rusiyanın qısa müddət ərzində ölkəmizə qarşı bu təxribatçı addımlarını dayandıracağını zənn etmirəm. Məncə, anti-Azərbaycan siyasəti yürütməyə davam edəcəklər. Çünki bu, birbaşa Rusiyanın vəhşi siyasətindən irəli gələn məsələdir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Azərbaycan Rusiya Qulamhüseyn Əlibəyli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri