Qulaqda eşidilən uğultu bununla əlaqəli imiş
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Dünyanın müxtəlif ölkələrində insanların eşitdiyini iddia etdiyi sirli aşağı tezlikli uğultunun əksər hallarda tinnitusun (xarici səs mənbəyi olmadan eşidilən səs) bir növü olduğu müəyyən edilib.
Axşam.az xəbər verir ki, bu barədə Norveç Təbiət və Texniki Elmlər Universitetinin alimləri araşdırma aparıb.
Tədqiqat zamanı Almaniyadan olan 28 nəfər müayinə olunub. Nəticələr göstərib ki, onların əksəriyyətində aşağı tezlikli səslərə qarşı qeyri-adi həssaslıq yoxdur.
Alimlərin fikrincə, insanların çoxunun eşitdiyi sirli uğultu əslində aşağı tezlikli tinnitus ola bilər. Bununla belə, bəzi hallarda səs ventilyasiya sistemləri, nəqliyyat, külək turbinləri və digər xarici mənbələrdən də yarana bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, bu fenomenin dəqiq səbəbini müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac var.
Baxış sayı:140
Bu xəbər 28 İyul 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















