Icma.az
close
up
RU
Qulaqlıqlar eşitmə qabiliyyətini yavaş yavaş məhv edir

Qulaqlıqlar eşitmə qabiliyyətini yavaş yavaş məhv edir

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qulaqlıqdan istifadə təkbaşına eşitmə qabiliyyətinə zərər vermir. Lakin səsin həddindən artıq yüksək olması və uzun müddət fasiləsiz musiqi dinləmək daxili qulaqda geri dönməz zədələnmələr yarada bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi müasir qulaqlıqlar 105-110 desibel gücündə səs çıxara bilir. Halbuki 85 desibeldən yuxarı səsə uzun müddət məruz qalmaq belə eşitmə üçün təhlükə hesab olunur. Səs nə qədər yüksək olarsa, qulaqların zərər görmədən həmin səsə tab gətirə biləcəyi vaxt da bir o qədər qısa olur.

Əsas problem daxili qulaqda yerləşən və səs siqnallarını qəbul edən həssas tükcüklü hüceyrələrlə bağlıdır. Güclü səs bu hüceyrələri zədələyir və onlar məhv olduqdan sonra bərpa olunmur. Bu səbəbdən yüksək səsin yaratdığı eşitmə itkisi qalıcı ola bilər. Mütəxəssislər riski azaltmaq üçün səsi yaxşı izolyasiya edən və ya aktiv səsboğma funksiyasına malik tamölçülü qulaqlıqlardan istifadə etməyi tövsiyə edirlər.

Belə qulaqlıqlar ətrafdakı səs-küyü azaltdığı üçün istifadəçi, məsələn, ictimai nəqliyyatda və ya səs-küylü küçədə səsi artırmağa məcbur qalmır. Qulaq kanalının içinə yerləşdirilən qulaqlıqlar isə əlavə problemlərə də səbəb ola bilər. Onlar qulaq kirinin və nəmin toplanmasını sürətləndirə, uzunmüddətli istifadə zamanı isə qulaq kanalında dərinin qıcıqlanmasına gətirib çıxara bilər.

Mütəxəssislər qulaqlıqları mütəmadi təmizləməyi və onları başqa insanlarla paylaşmamağı məsləhət görürlər. Bundan əlavə, qulaqlara vaxtaşırı istirahət vermək vacibdir. Bunun üçün "60/60 qaydası" tövsiyə olunur: səs səviyyəsini maksimumun 60 faizindən yuxarı qaldırmamaq və təxminən 60 dəqiqə dinlədikdən sonra fasilə vermək. Qulaqlıqdan istifadə etdikdən sonra qulaqlarda cingilti və ya küy yaranması, tutulma hissi, qıcıqlanma, eləcə də əvvəlki səviyyədə eşitmək üçün səsi getdikcə daha çox artırmaq ehtiyacı eşitmə orqanının həddindən artıq yükləndiyini göstərə bilər.

Belə əlamətlər yarandıqda bir müddət yüksək səslə musiqi dinləməkdən imtina etmək tövsiyə olunur. Əgər şikayətlər davam edərsə və ya eşitmə qabiliyyətində nəzərəçarpacaq zəifləmə olarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 İyul 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri