Icma.az
close
up
RU
Qulu Məhərrəmlinin yeni kitabı işıq üzü görüb FOTO AzPolitika onlayn siyasiictimai qəzet

Qulu Məhərrəmlinin yeni kitabı işıq üzü görüb FOTO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin “Telviziyada dil və nitq situasiyası” adlı nəzəri oçerklərdən ibarət yeni kitabı (Bakı, “Füyuzat”, 2024) nəşr olunub.

Kitab görüntüyə əsaslanan televiziyada işlənən şifahi nitqin funksional-struktur xüsusiyyətləri və ekran dilinin özəlliklərinin araşdırılmasına həsr edilib. Ədəbi dilin ekranda tətbiqi, sözün təsvirlə qarşılıqlı əlaqəsi, audiovizual səciyyə daşıyan ekran nitqinin ekstralinqvistik cəhətləri, dildənkənar situasiya, konsituasiya, müəllif mətninin linqvistik mahiyyətinin aşkara çıxarılması əsərdə əsas məqsəd olub.

Araşdırmada ekrandakı şifahi sözün xüsusiyyətlərinə, telenitqin semantik-üslubi çalarlarına, nitqin konstruktiv prinsiplərini, ədəbi tələffüz və ekranda nitq mədəniyyəti ilə bağlı digər aktual problemlər də nəzərdən keçirilib.

Kitabın elmi redaktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Teymuroğlu (Məmmədov) əsərə yazdığı ön sözdə göstərir ki, son illərdə Azərbaycan dilinin struktur inkişafı, danışıq dili və ədəbi dilimizin funksional üslubları, öyrənilsə də, mətbuatın, televiziya və radio dilinin öyrənilməsi sahəsində həll edilməmiş problemlər hələ də qalır. Haqqında söhbət gedən problemin tədqiqi tanınmış jurnalist, analitik və araşdırmaçı Q.Məhərrəmlinin elmi yaradıcılığının əsasında dayanan mövzulardan biridir. “Yaxşı cəhətdir ki, Qulu müəllim həm teleradio işinin, həm də dilçiliyimizin elmi-nəzəri və praktik problemlərini dərindən bilən mütəxəssisdir. Yəni o eyni zamanda həm jurnalistikanın tədrisi, həm televiziya və radio yaradıcılığı, həm də Ana dilimizin praktik məsələlərinin tədqiqi ilə məşğuldur və bu sahədə ciddi elmi araşdırmalarını davam etdirir”.

Dosent İ.Məmmədov əminliyini bildirir ki, elmi ictimaiyyətimiz professor Qulu Məhərrəmlinin bu dəyərli tədqiqat işini maraqla qarşılayacaqdır.

“AzPolitika.info”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri