Icma.az
close
up
RU
Qum və toz fırtınaları 330 milyon insana mənfi təsir edir

Qum və toz fırtınaları 330 milyon insana mənfi təsir edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 11 iyul, AZƏRTAC

Qum və toz fırtınaları 150 ölkədə 330 milyon insanın sağlamlığına və iqtisadiyyata mənfi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu, Ümumdünya Meteorologiya Təşkilatının dünən yaydığı hesabatda qeyd olunub.

Təşkilat bu problemin həlli üçün müşahidə, proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Hesabatda deyilir ki, 2024-cü ildə havada orta illik toz konsentrasiyası 2023-cü ilə nisbətən bir qədər az olub. Buna baxmayaraq, bu məsələdə bölgələr üzrə ciddi fərqlər müşahidə edilib. Ən çox təsirlənən bölgələrdə 2024-cü ildəki havada toz konsentrasiyası 1981–2010-cu illər ərzində orta rəqəmdən daha yüksək olub. Hər il təqribən iki milyard ton qum və toz atmosferə daxil olur.

Dünya üzrə tozun 80 faizdən çoxu Şimali Afrika və Yaxın Şərqdəki səhralardan yaranır, qitələr və okeanlar üzərindən minlərlə kilometr məsafəyə daşına bilir.

İyulun 12-də qeyd olunacaq Qum və Toz Fırtınaları ilə Mübarizə üzrə Beynəlxalq Gün münasibətilə yayımlanan hesabatda vurğulanır ki, fırtınaların böyük bir hissəsi təbii olsa da, su və torpaq ehtiyatlarının qeyri-effektiv idarə olunması, quraqlıq və ekologiyanın pisləşməsi bu prosesin daha da artmasına səbəb olur. 2024-cü ildə əsas toz mənbəyi olan bölgələrin çoxunda konsentrasiyalar orta göstəricidən aşağı, tozun daşındığı bölgələrin çoxunda isə yuxarı olub.

Hesabatda göstərilir ki, tozun uzun məsafəyə daşındığı əsas bölgələr bunlardır: Qərbi Afrika ilə Karib hövzəsi arasında yerləşən tropik Şimali Atlantik okeanı bölgəsi, Cənubi Amerika, Aralıq dənizi, Ərəb dənizi, Benqal körfəzi və Çinin şərqi və mərkəzi hissəsi.

Təşkilatın Baş katibi Selest Saulo xəbərdarlıq edib ki, qum və toz fırtınaları milyonlarla insanın sağlamlığına və həyat keyfiyyətinə zərər vurur, hava və quru nəqliyyatında, kənd təsərrüfatı və günəş enerjisi istehsalında milyonlarla dollar itkiyə səbəb olur.

Ümumdünya Meteorologiya Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının yeni göstəricisinə görə, 2018–2022-ci illər arasında dünya əhalisinin təxminən yarısı – 3.8 milyard insan – ÜST tərəfindən müəyyən olunan təhlükəsizlik həddini aşan toz konsentrasiyalarına məruz qalıb. Bu, 2003–2007-ci illərlə müqayisədə 31 fazi artım deməkdir (o dövrdə bu rəqəm 2.9 milyard insan və ya 44.5 faiz idi). Hesabatda qeyd edilir ki, toza məruz qalma səviyyəsi bölgədən-bölgəyə fərqlənir. Belə ki, bəzi bölgələrdə bu, 5 ildə cəmi bir neçə gün, digərlərində isə bu müddət ərzində 1600 gündən (87 faiz) çox olub.

Hesabatda ABŞ-da aparılmış bir araşdırmaya istinadla bildirilib ki, yalnız Birləşmiş Ştatlarda 2017-ci ildə toz və külək səbəbi ilə yaranmış eroziya nəticəsində zərərin dəyəri 154 milyard dollar olub ki, bu da 1995-ci ildəkindən dörd dəfə çoxdur. Bu rəqəmə ailə təsərrüfatlarının zərərləri, məhsul itkisi, külək və günəş enerjisi istehsalındakı itkilər, tozların səbəb olduğu ölüm halları və səhiyyə xərcləri daxildir. Lakin hesabatda bildirilir ki, bu rəqəm real xərclərdən çox ola bilər, çünki tozun digər iqtisadi təsirləri – məsələn, insan xəstəlikləri, su dövranı, aviasiya və otlaq sahələrinin təsərrüfatı üzrə etibarlı qiymətləndirmələr mövcud deyil.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see216

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri