Icma.az
close
up
RU
“Qumar kralı”nın bu şəxslərlə əlaqələri olmayıb: Baqiyevlə bağlı daha bir xəbər

“Qumar kralı”nın bu şəxslərlə əlaqələri olmayıb: Baqiyevlə bağlı daha bir xəbər

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məşhur restoranların sahibi Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Mətbuatda yazılanlara görə, Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi tanınır. O, Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoranlarının sahibidir.

Yusif Baqiyevin həbsindən sonra heyrətamiz dərəcədə çoxsaylı əmlakları üzə çıxıb. Hətta belə iddialar da irəli sürülüb ki, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze”ə çatır.

Musavat.com-a daxil olan məlumatlarda Yusif Baqiyev tutulandan sonra ona məxsus qeyri-yaşayış sahələrində də tikinti işlərinin dayandırıldığı bildirilib.

Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.

Redaksiyamıza daxil olan əvvəlki məlumatlarda onun “Vüqar 777”, “Vüqar 300” kimi tanınan şəxslərlə əlaqələri olması iddia oluurdu. Lakin apardığımız araşdırmalarla Baqiyevin bu şəxslərlə əlaqəsinin olmadığı üzə çıxıb.

Bundan başqa, Xəzər rayonu ərazisində bir neçə obyektin fotoları da yanlış olaraq Yusif Baqiyevin əmlakları kimi təqdim olunmuşdu. Bu yanlışlıqlara görə oxucularımızdan, adı çəkilən şəxslərdən üzr istəyir, qeyd edirik ki, hazırda Yusif Baqiyevin cinayət işi üzrə istintaq davam edir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən rəsmi ittihamlar təsdiqini taparsa, 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri