Icma.az
close
up
RU
Qumar kralının əmlaklarının ümumi sahəsi “Sea Breeze”lə müqayisə olunur FOTO

Qumar kralının əmlaklarının ümumi sahəsi “Sea Breeze”lə müqayisə olunur FOTO

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən "Medalyon" və "Nuxa" restoranlarının sahibi Yusif Baqiyevin həbsindən sonra  heyrətamiz dərəcədə çoxsaylı əmlakları üzə çıxıb.

Məlum olub ki, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze” çatır. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir.

500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir. Yusif Baqiyevin əmlaklarının bu layihə ilə müqayisə edilməsi maraq doğurur.

Onun həbsi ilə nəticələnən əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları həyata keçirib.

 Mətbuatda yazılanlara görə Yusif Baqiyev (Şəkili) ölkədə "qumar kralı" kimi tanınır. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Musavat.com-a daxil olan məlumata görə Yusif Baqiyev tutulandan sonra ona məxsus,  Xəzər rayonunda tikilməkdə olan qeyri-yaşayış sahələrində də tikinti işləri dayandırılıb. Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.

Qeyd olunur ki, onun tikinti işlərinə “Vüqar 777” kimi tanınan şəxs rəhbərlik edib. “Vüqar 300” kimi tanınan şəxs isə Yusif Baqiyevin mal-mülkünün sənədləşdirilməsi işlərini həyata keçirib. “Vüqar 300”ün vaxtilə Arxitektura və Şəhərsalma Komitəsində çalışdığı da bildirilir.

Yusif Baqiyevin əmlak siyahısında “Sea Breeze”də 3 min 200 kvadrat metr tikinti sahəsi, Qala qəsəbəsində, keçmiş hərbi zavodun yaxınlığında böyük bir ərazini əhatə edən torpaq sahəsində çoxmərtəbəli yaşayış binası, Mərdəkan qəsəbəsinin girişindəki “Santral” mağazasının yanındakı “Araz” marketin yerləşdiyi 2 mərtəbəli qeyri-yaşayış sahəsi var. Bundan başqa Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsindəki “Kontakt” mağazasının yerləşdiyi qeyri-yaşayış sahəsinin, Buzovna qəsəbəsində 4 hektar ərazini əhatə edən torpaq sahəsində inşa olunan mini şəhərciyin, “Gala Shopping Village”də 6 mağazanın, Mərdəkan qəsəbəsində, Makaron fabriki ilə üzbəüz yerləşən keçmiş Şüvəlan Qənnadı fabrikinin balansında olan 2 hektar torpaq ərazisi də Yusif Baqiyevə məxsusdur. Çoxsaylı əmlakların bir çoxunun ilkin qeydiyyat sənədləri ilə sonra verilmiş sənədlərin uyğun gəlmədiyi də gələn məlumatlar sırasındadır. İddia olunur ki, həmin sənədlərdə uyğunsuzluqlar olsa da, Yusif Baqiyev əmlaklara dair sənəd ala bilib. Bunun üçün 1 milyon manata yaxın vəsaitin xərcləndiyi də qeyd edilir. Yusif Baqiyevə elan olunan ittihamlar təsdiqini taparsa, ona 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada “qumar kralı” kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddianın əsassız olmadığını göstərir.

Yusif Baqiyevin əmlaklarının böyük hissəsi Xəzər rayonu ərazisində yerləşir. Qeyd olunur ki, onun bu rayonda geniş əlaqələri var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see116

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see115

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri