Icma.az
close
up
RU
Çinin ən mühüm mineralların ixracına məhdudiyyət tətbiq etməsi qlobal miqyasda narahatlıq yaradıb

Çinin ən mühüm mineralların ixracına məhdudiyyət tətbiq etməsi qlobal miqyasda narahatlıq yaradıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

Aprel ayında Çinin geniş çeşiddə kritik mineralların və maqnitlərin ixracını dayandırmaq qərarı bütün dünyada avtomobil istehsalçıları, aerokosmik kompaniyalar, yarımkeçirici istehsalı şirkətləri və müdafiə podratçıları üçün mərkəzi təchizat zəncirlərini pozub.

AZƏRTAC xəbər verir ki, qlobal avtomobil istehsalçıları Çinin ixrac məhdudiyyətlərinin həlli yolunun tezliklə tapılmayacağı təqdirdə istehsalın ləngiməsi və fasilələr baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

“Reuters” xəbər verir ki, bu addım Çinin kritik mədənçilik sektorunda üstünlüyünü vurğulayır, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə davam edən ticarət müharibəsində təsir vasitəsi kimi qiymətləndirilir.

Tramp böyük ticarət kəsirini azaltmaq və itirilmiş istehsalı canlandırmaq ümidi ilə milyardlarla dollar dəyərində idxal mallarına yüksək tariflər tətbiq etməklə Birləşmiş Ştatların əzəli iqtisadi rəqibi Çinlə ticarət əlaqələrini yenidən müzakirə etməyə çalışıb.

ABŞ Prezidenti Çinə 145 faizlik tariflər tətbiq edib, amma daha sonra birja, istiqraz və valyuta bazarlarının tariflərin miqyasından qəzəblənməsi fonunda onları azaldıb. Çin bu addıma öz tarifləri ilə cavab verib və Trampı geri çəkilməyə inandırmaq üçün əsas təchizat zəncirlərindəki üstünlüyündən istifadə edir.

Ağ evin mətbuat katibi Kerolayn Levitt çərşənbə axşamı jurnalistlərə bildirib ki, Donald Tramp və Çinin Sədri Si Cinpin arasında bu həftə danışıqlar aparılacağı və ixrac qadağasının gündəmdə əsas yer tutacağı gözlənilir.

Çinin bir çox limanlarında avtomobillərdən və dronlardan tutmuş robotlara, raketlərə qədər bütün məhsulları istehsal etmək üçün lazım olan maqnitlərin daşınması dayandırılıb. Bu əsnada lisenziya ərizələri Çinin tənzimləmə sistemindən keçib. Dayandırılma Tokiodan Vaşinqtona qədər korporativ iclas zallarında və paytaxtlarda yeni avtomobillərin və digər məhsulların istehsalının yayın sonuna qədər dayana biləcəyi ilə bağlı narahatlıqları artırıb.

“Reuters” agentliyinin məlumatına görə, Yaponiya işgüzar heyəti məhdudiyyətlərlə bağlı Ticarət Nazirliyi ilə görüşmək üçün iyunun əvvəlində Pekinə səfər edəcək. Eyni zamanda, əsas avtomobil sənayesi olan Avropa ölkələrinin diplomatları da son həftələrdə Çin rəsmiləri ilə “təcili” görüşlər keçirməyə can atıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri