Icma.az
close
up
RU
Azərbaycan mobil rabitə bahalaşıb? AÇIQLAMA

Azərbaycan mobil rabitə bahalaşıb? AÇIQLAMA

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda mobil operator sektoru məhdud səviyyədə olduğu üçün tələb təklifi üstələyir. Yəni ölkədə rəqabət azdır, cəmi üç mobil operator fəaliyyət göstərir. İnsanların seçimi çox deyil, məhduddur. Bu səbəbdən tələb təklifi üstələyib və mobil operator sektorundakı fəaliyyət göstərən şirkətlər öz təkliflərini vətəndaşa diktə edə bilirlər". 

Bu sözləri BAKU.WS-ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü Elvin Abbasov bildirib. 

O əlavə edib ki, hazırda vətəndaşların mövcud dəyişikliyi tam olaraq başa düşməməsi, fərqli ajotaja səbəb olub:

"Bildirmək istərdim ki, sözügedən operatorda qiymət dəyişikliyi yoxdur, metodun dəyişməsi var. Bu daxili marketinq strategiyasıdır, yəni müştəri yanaşmaları dəyişdirilir və yeni metodologiya tətbiq olunur.

Fikrimcə, metrologiya dəyişimi müştəri yönümlü deyil və bu, daha çox korporasiya yönümlüdür. Yəni marketinq strategiyası qurumun daha çox gəlir əldə etməsinə fokslana bilər ki, bu da təbii bir haldır. Hər hansı kommersiya qurumu istənilən halda gəlirlərini artırmağa fosklana bilər".

E.Abbasov hesab edir ki, dəyişikliklər o zaman olmalıdır ki, qurumlar investisiya etsinlər:

"Bu dəyişiklikdə qiymət artımı müşahidə olunmasa da, vətəndaşın daha çox ödəyəcəyi müşahidə olunur. Tutaq ki, bir manat ödəməklə beş gün istifadə etmək olurdu. İndi bir manat ödəyir, amma onu xərcləməsə də bir gündən sonra istifadə edə bilmir. Pul balansında olsa da, balans bağlanır. Yəni nöbəti gün bir manat ödəməklə, 2 manat istifadə edə biləcək. 

Lakin qurumlar özlərinə investisiya etdikdən sonra dəyişikliklər etməlidir. Yəni hər hansı bir investisiyanın qarşılığında xidməti rüsumlar və ya metdologiya dəyişməsi daha ağlabatan və məntiqli ola bilər. Azərbaycandakı mühit sadəcə rəqabətin olmamasından irəli gəlir. 

Digər tərəfdən Azərbaycanın xarici ölkələrlə müqayisə olunası tərəfi yoxdur. Səbəb odur ki, xaricdə ən aşağı mobil internet sürəti 100 mbit-ə qədər təklif olunur. Bu, o deməkdir ki, yəni onlarda mobil internetlə bizim çəkdiyimiz fiber-optik internet arasında problem yoxdur. Çox sürətlidir, hətta 5G tətbiq edirlər. 

Yəni, burada biz onların gəldiyi texnologiya səviyyəsi ilə onların qiymətləri ilə Azərbaycanı müqayisə etməyək. Çünki meyarlar uyğun deyil. Yəni müqayisə üçün birbaşa meyar lazımdır və mən qonşu ölkələrlə aramızda böyük texnologiya uçurumu görürəm". 

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyun 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri