Icma.az
close
up
RU
Qumru Şəhriyar: Aşıq Səfili vətən həsrətini poetik dillə ifadə edən şairlərdən olub

Qumru Şəhriyar: Aşıq Səfili vətən həsrətini poetik dillə ifadə edən şairlərdən olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

AZƏRTAC türk xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 19 noyabr, AZƏRTAC

Aşıq Molla Məhəmməd Səfili Yusuf oğlu Kuşoyev (bəzi mənbələrdə Yusufzadə) türk xalqlarının nümayəndəsi, Ahıska bölgəsinin ən tanınmış aşıqlarından və ziyalılarından biri olub. O, 1870-ci ildə Ahıskanın Koblıyan (Altınkale) bölgəsinin Pulat kəndində anadan olub. Fərqli mənbələrdə onun doğum ili 1870, 1872 və ya 1882 kimi göstərilir.

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar AZƏRTAC-a verdiyi açıqlamada Molla Məhəmməd irsinin türk dünyası üçün önəmindən bəhs edib. Onun fikirlərini oxucularımızla bölüşürük.

Aşıq Səfili nüfuzlu bir ailədə böyüyüb. Atası Yusif, gənc yaşlarından şeir yazan Məhəmmədin təhsilinə böyük diqqət ayırıb və onu savadlı bir ziyalı kimi yetişdirməyə çalışıb. Əmisi Molla Maksut bölgənin tanınmış alimlərindən biri olub, qaynı Molla Şəmşəd isə dini-elm adamı kimi fəaliyyət göstərib. 1937-ci ildə baş verən repressiya nəticəsində Molla Şəmşədlə birlikdə Aşıq Səfili də sürgün edilib (Hacılı A. Axısqalı Aşıq Molla Mehemmed Sefili, Bakı, Mütercim, 2014, s. 17).

Hündürboylu, yaraşıqlı bir kənd müəllimi kimi tanınıb, eyni zamanda dövrünün ziyalısı və alimi olub. Aşıq Səfilinin yaradıcılığı olduqca zəngindir. O, Ahıska və Koblıyan mənzərələrinin gözəlliyini, xalqın faciələrini, müharibə illərini və sürgün ağrılarını poetik dillə təsvir edib. Ahıska türklərinin şifahi ədəbiyyatını dərindən bilib. Vəli Xuluflunun 1927 və 1929-cu illərdə nəşr etdirdiyi “Köroğlu” dastanının qollarından birini məhz Aşıq Səfilinin dilindən yazıya alıb. Həmin əlyazma hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.

1937-ci il repressiyaları Aşıq Səfilinin həyatına ağır təsir göstərib, “molla” fəaliyyəti səbəbilə təqiblərə və ağır əmək cəzalarına məruz qalıb.

Aşıq Səfilinin ölümü ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələr onun Orta Asiyaya sürgün edildiyini, Sir Dərya çayı yaxınlığındakı Slavyan kəndində körpü tikintisində çalışdığını və adı-soyadının həmin körpünün daşlarında həkk olunduğunu qeyd edib (Kazımov İ., Axıska Türklerinin iman yeri – Kobilyanlı Aşık Sefili, Dədə Qorqud, 2002, №4, s. 133). Digər mənbələrə görə, o, 1930-cu illərin sonunda Sibirdə – Maqadanda öldürülüb, məzarının yeri isə Buxara, Dərbənd və ya Sibir kimi müxtəlif ünvanlarla əlaqələndirilib. Rəvayətlərdə onun Orta Asiyada 100 il yaşadığı və ömrünün sonunda kor olduğu da deyilib.

1914–1915-ci illərin müharibə və repressiya atmosferi onun yaradıcılığına da təsir edib. O, “1915-ci ildə Ardahan-Ahıska-Qarsın qırx elinə” adlı şeirində həmin dövrün qanlı hadisələrini əks etdirib. Aşıq Səfili həmçinin Zeynalabdin Tağıyevlə dostluq münasibətlərində olub və ona “Yetişdi” adlı qoşma həsr edib.

Onun yaradıcılığının zirvəsinə 1918–1919-cu illərdə Koblıyan bölgəsində baş verən hadisələrə həsr etdiyi “1918–1919-cu illər müharibəsi və Koblıyan dastanı” və erməni terrorunu təsvir edən “Camican” şeirləri daxildir. Sosial, siyasi, müharibə və repressiya mövzuları aşığın çoxsaylı şeirlərində geniş yer alıb.

Aşıq Səfili vətən həsrətini poetik dillə ifadə edən şairlərdən biri olub. “Vətəniz hani?”, “Ağlasın”, “57 illik Ahıska və ahıskalıların dramı”, “Haxlıma gəldi” kimi şeirləri bu mövzunun ən qiymətli nümunələrindəndir.

O, həmçinin dastan yaradıcılığı ilə də tanınıb. “Pulateli Molla Məhəmmədin Koblıyan kövlerinə olan qoşması”, “Aşıq Məhəmməd Səfili və değirmancı İbrahimin dastanı”, “1915 – Ardahanın qırx elinin dastanı” onun məşhur əsərlərindəndir. Bu dastanlarda da vətən həsrəti, müharibələr, erməni terroru və sürgün ağrısı əsas xətti təşkil edib.

Aşıq Səfili yaradıcılığında “Molla”, “Cindar” və “Səfili” təxəllüslərindən istifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri