"A321neo" ilə uçuş üçün bilet daha ucuz olacaq
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Airbus A321neo" hazırda dünyanın ən təhlükəsiz və sərnişinlər üçün ən komfortlu təyyarələrindən biridir. Bu model hazırlanarkən əsas prioritet maksimum müştəri məmnuniyyəti olub.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Almaniyanın Hamburq şəhərində AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran “Airbus” şirkətinin nümayəndəsi Malhar Pens deyib.
O bildirib ki, təyyarənin əsas üstünlüklərindən biri yüksək yanacaq səmərəliliyidir:
“Yeni nəsil mühərriklər və müasir texnologiyalar sayəsində "A321neo" əvvəlki nəsil təyyarələrlə müqayisədə xeyli az yanacaq sərf edir. Bu isə aviaşirkətlərin əməliyyat xərclərini azaltmasına imkan yaradır”.
Malhar Pensin sözlərinə görə, xərclərin azalması son nəticədə sərnişinlər üçün də üstünlük yaradır:
“Bu təyyarə ilə həyata keçirilən uçuşlarda sərnişinlər biletləri təxminən 20 faiz daha sərfəli qiymətə əldə edə biləcəklər”.
Şirkət nümayəndəsi əlavə edib ki, "A321neo" daha geniş salonu, iri baqaj bölmələri, müasir işıqlandırma sistemi və aşağı səs-küy səviyyəsi ilə sərnişinlərə daha rahat uçuş təcrübəsi təqdim edir.
Qeyd edək ki, Azərbaycan Hava Yollarının (AZAL) ilk “Airbus A321neo” təyyarəsinin təqdimat və təhvil mərasimi Almaniyanın Hamburq şəhərində keçirilir. Tədbir “Airbus”, AZAL və “AerCap” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 İyun 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















