"Barselona"nın ölkəmizə gəlişi ilə bağlı "Sabah"dan açıqlama...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sabah"ın icraçı direktoru Ramin Həsənov UEFA Çempionlar Liqasının ümumi mərhələsinin püşkatmasının nəticələrini şərh edib.
Axar.az xəbər verir ki, Həsənov bu barədə "Sovetski sport" nəşrinə açıqlamasında danışıb.
"Püşkatmanın nəticələrini çox müsbət qiymətləndiririk. "Barselona"nın Azərbaycana gəlişi təkcə klubumuz və azarkeşlərimiz üçün deyil, bütün ölkə üçün böyük futbol bayramıdır. Komanda, xüsusən də gənc oyunçular üçün belə səviyyəli klubla qarşılaşmaq əvəzsiz təcrübə və əlavə motivasiya olacaq.
Rəqibin gücünü anlayırıq. Lakin Azərbaycan futbolunu layiqincə təmsil etməyə və bu matçın azarkeşlərimizin yaddaşında qalması üçün əlimizdən gələni etməyə çalışacağıq.
Bu turnirdəki hər bir an bizim üçün bütün istiqamətlərdə - idman baxımından, ev və səfər oyunlarının təşkili və hazırlığı, eləcə də planlaşdırma baxımından böyük təcrübədir. Dünyanın ən yaxşı klublarından biri ilə qarşılaşmaq bütün komanda üçün əvəzolunmaz təcrübə olacaq", - deyə Həsənov bildirib.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Bakıda "Barselona" (İspaniya), "Borussiya Dortmund" (Almaniya), "Napoli" (İtaliya) və "Slaviya Praq" (Çexiya) ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq" (Norveç) ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 28 Avqust 2026 01:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















