"Bayrağımızdakı rəmzi ərəblərə, yəhudilərə bağlayırlar" Sabir Rüstəmxanlı söhbətləri VİDEO
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı dövlət rəmzlərinə, xüsusilə də Azərbaycan bayrağındakı səkkizguşəli ulduzun mənası barədə fərziyyələrə həsr olunub.
Verilişin müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, son günlər sosial şəbəkələrdə səkkizguşəli ulduzun mənası axtarılır, bir çoxları bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Onun sözlərinə görə, bəzən dövlət rəmzlərinin mənası ilə bağlı yanlış mülahizələrə yol verilir, ağlasığmaz versiyalar irəli sürürlər:
“Görünür, bir-birimizi az oxuyuruq. Mən 22 il əvvəl – 2003-cü ildə “Səkkizguşəli ulduz və Tanrıya gedən yol” adlı məqalə yazmışdım və orada bayrağımızdakı səkkizguşəli ulduzun mənasını izah etmişdim. İndi baxıram bu mövzuya yenidən qayıdırıq.”
S.Rüstəmxanlı səkkizguşəli ulduzun ərəb əlifbası ilə əlaqələndirilməsinə qarşı çıxıb. Bildirib ki, ingilis tarixçı Devid Rohl “Sivilizasiyaların başlanğıcı” kitabında bu mövzuya toxunub:
“O, "Bibliya" əsasında insanın ilk yaşadığı yeri axtara-axtara dünyanı gəzib. Çox maraqlıdır ki, axtardığını Savalanın ətəyində tapıb. Sonda ümumiləşdirmə aparıb ki, insanların ilk beşiyi Ağrı dağı ilə Savalan dağının arasıdır - hər halda Azərbaycan ərazisidir. O, əsərdə köhnə rəmzlərdən də danışır. Yazır ki, qədim şumerlərdə səkkizguşəli ulduz Tengri (Tanrı) işarəsidir.”
Sabir Rüstəmxanlı bildirib ki, bir dəfə Saatlıdan olan sürrealist rəssam Sürəyya Zeynalova da onunla söhbətində bu versiyanı irəli sürüb:
“Saatlı muzeyində Sürəyya xanım mənə 2 xalça göstərdi. Onlardan biri alban, digəri isə Muğan xalçası idi. Həmin Muğan xalçasının mərkəzində səkkiz guşəli ulduz var idi. Sürəyya xanım dedi ki, bu yaradan simvoludur, Tanrı ruhudur.”
Xalq şairi qeyd edib ki, xalçaların formaları dəyişsə də, səkkizguşəli ulduz hər zaman yaşayır və sənətin möcüzələrindən biridir. Onun fikrincə, rəmzləri hansısa tarixlərə bağlamaq olmaz, onlar xalqın yaranışı ilə yaşıd olan möcüzələrdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 31 İyul 2025 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















