Icma.az
close
up
RU
"Bayrağımızdakı rəmzi ərəblərə, yəhudilərə bağlayırlar" Sabir Rüstəmxanlı söhbətləri VİDEO

"Bayrağımızdakı rəmzi ərəblərə, yəhudilərə bağlayırlar" Sabir Rüstəmxanlı söhbətləri VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı dövlət rəmzlərinə, xüsusilə də Azərbaycan bayrağındakı səkkizguşəli ulduzun mənası barədə fərziyyələrə həsr olunub.

Verilişin müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, son günlər sosial şəbəkələrdə səkkizguşəli ulduzun mənası axtarılır, bir çoxları bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Onun sözlərinə görə, bəzən dövlət rəmzlərinin mənası ilə bağlı yanlış mülahizələrə yol verilir, ağlasığmaz versiyalar irəli sürürlər: “Görünür, bir-birimizi az oxuyuruq. Mən 22 il əvvəl – 2003-cü ildə “Səkkizguşəli ulduz və Tanrıya gedən yol” adlı məqalə yazmışdım və orada bayrağımızdakı səkkizguşəli ulduzun mənasını izah etmişdim. İndi baxıram bu mövzuya yenidən qayıdırıq.”

S.Rüstəmxanlı səkkizguşəli ulduzun ərəb əlifbası ilə əlaqələndirilməsinə qarşı çıxıb. Bildirib ki, ingilis tarixçı Devid Rohl “Sivilizasiyaların başlanğıcı” kitabında bu mövzuya toxunub:

“O, "Bibliya" əsasında insanın ilk yaşadığı yeri axtara-axtara dünyanı gəzib. Çox maraqlıdır ki, axtardığını Savalanın ətəyində tapıb. Sonda ümumiləşdirmə aparıb ki, insanların ilk beşiyi Ağrı dağı ilə Savalan dağının arasıdır - hər halda Azərbaycan ərazisidir. O, əsərdə köhnə rəmzlərdən də danışır. Yazır ki, qədim şumerlərdə səkkizguşəli ulduz Tengri (Tanrı) işarəsidir.”

Sabir Rüstəmxanlı bildirib ki, bir dəfə Saatlıdan olan sürrealist rəssam Sürəyya Zeynalova da onunla söhbətində bu versiyanı irəli sürüb:

“Saatlı muzeyində Sürəyya xanım mənə 2 xalça göstərdi. Onlardan biri alban, digəri isə Muğan xalçası idi. Həmin Muğan xalçasının mərkəzində səkkiz guşəli ulduz var idi. Sürəyya xanım dedi ki, bu yaradan simvoludur, Tanrı ruhudur.”

Xalq şairi qeyd edib ki, xalçaların formaları dəyişsə də, səkkizguşəli ulduz hər zaman yaşayır və sənətin möcüzələrindən biridir. Onun fikrincə, rəmzləri hansısa tarixlərə bağlamaq olmaz, onlar xalqın yaranışı ilə yaşıd olan möcüzələrdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri