"Dinamo" ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" Kiyev "Dinamo"su ilə oyuna istədiyi kimi hazırlaşıb.
Axar.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis Ukrayna təmsilçisi ilə oyunla bağlı gözləntilərini bölüşüb:
"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşıb, çempionatda iki oyunları təxirə salınıb. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik".
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















