"Hapoel" azarkeşləri durmadan Bakıya gəlir
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" - "Hapoel" (Berr-Şeva) matçına qonaq komandanın azarkeşlərinin də marağı böyükdür.
Bunu QOL.az-a açıqlamasında "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Onun sözlərinə görə, hazırda israilli azarkeşlər tərəfindən 460 bilet alınıb. Oyun saatına qədər isə bu rəqəmin artacağı gözlənilir.
İsrail mətbuatı isə yazır ki, xeyli "Hapoel" azarkeşi artıq Bakıdadır. Bu gün və sabah daha çox azarkeşin gələcəyi qeyd olunub.
"Sabah" klubundan o da bildirilib ki, hazırda oyuna ümumilikdə 18 minə yaxın bilet satılıb.
Qeyd edək ki, "Sabah" - "Hapoel" (Beer-Şeva) matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Avqust 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















