Icma.az
close
up
RU
"Hücum etməsəydik, İran 2 min PUA və raketlə İsraili vuracaqdı" Şirin Nexamiya

"Hücum etməsəydik, İran 2 min PUA və raketlə İsraili vuracaqdı" Şirin Nexamiya

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İsrail–İran münasibətləri bir daha bölgədə gərginliyin mərkəzinə çevrilib. Regiondakı gərginlik beynəlxalq ictimaiyyəti də narahat edir.

İsraildə “Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli İrana hücumlaə bağlı Bakupost.az-a açıqlama verib. O bildirib ki, İsrail hökuməti heç vaxt İran hökumətini və xalqını düşmən kimi görməyib:


“Xomeini hökumətindən öncə İran ilə çox yaxşı dostluq münasibətlərimiz olub. Xomeini hökuməti gələndən sonra İran rejimi bizi – yəhudiləri və İsrail hökumətini düşmən kimi görür. İsraildə bu günə kimi başa düşmürlər ki, bu münasibət niyə belədir.

Mən Likud Partiyasının üzvü kimi nazirlərlə görüşürəm. Onlar hamısı deyir ki, biz bilmirik niyə Tehranda İsraili məhv eləmək üçün tarix qoyulub. Amma İsrail hökuməti heç vaxt İranın əleyhinə olmayıb.”

Nexamiyanın sözlərinə görə, İsrailin son hərbi əməliyyatları İranın təhdidlərini neytrallaşdırmaq üçün idi:

“Baş verənlər yalnız İran hökumətinin İsrailin əleyhinə düşünülmüş planlarının qabaqlanmasıdır. İsrailin kəşfiyyatı İranda çox yüksək səviyyədə işləyir. İran hökuməti isə bu kəşfiyyatçıların kim və harada olduqlarını bilmir. İran, Tramp ilə danışıqları pozmaq üçün İsrailə hücum planı hazırlayıb. Amma İsrail hökuməti bu hücumu qabaqladı, özü də 2–3 saat fərqlə. Xəbərimiz var idi ki, İran eyni anda təxminən iki minə yaxın PUA və raketlə hücum etməyə hazırlaşırdı. Bu səbəbdən İsrail hökuməti qərara gəldi ki, qabaqlayıcı zərbə endirilsin. Bu hücumla İsrailin gücü nümayiş etdirildi – 200-dən çox hərbi obyekt vuruldu.

İndi birinci mərhələ bitdi. Gözləyirik, İran nə edəcək? Cavab verəcəkmi? Necə cavab verəcək? Əgər İran çoxsaylı raketlərlə İsraili vursa, İsrailin ikinci cavabı İranın ayaqda qalmasına imkan verməyəcək.”

Şirin Nexamiya deyib ki, İsraildə vəziyyət stabildir və təşviş yoxdur:

“İsraildə heç bir qaçaqaç yoxdur. İnsanlar dükanlara hücum etmirlər. İsraildə yaşayan bütün xalqlar – içərisində bizim Azərbaycan əsilli insanlar da var – bilirlər ki, hökumət güclüdür. Hökumət orqanları çox yüksək səviyyədə işləyirlər.

Hətta hökumətə müxalif olanlar belə deyirlər ki, İranla toqquşma zamanı İsrailin bütün orqanları yüksək səviyyədə işləyir. Ona görə də biz artıq "Hizbullah"ın raketlərini gördük, HƏMAS-ın raketlərini gördük, hiss etdik. İndi isə İrandan gələn raketlər də var. Biz artıq bilirik ki, İsrailin hava hücumundan müdafiə sistemləri çox yüksək səviyyədədir.”

Aysel

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri