"İmişli" "Barselona"nın məşqçisinə təklif göndərdi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
"İmişli" futbol klubu yeni mövsüm üçün əcnəbi məşqçi axtarışını davam etdirir.
Axar.az Prosport.Az-a istinadən xəbər verir ki, klub ispaniyalı Pol Planas və ukraynalı Yuri Kalitvintsevə təklif göndərib.
Lakin onlar "İmişli"nin təklifini qəbul etməyiblər. "Barselona" akademiyasında çalışan, son mövsüm katalonların U-19 komandasını İspaniya çempionu edən 34 yaşlı Planas atasının səhhətinə görə ölkəni tərk etməyin düzgün olmadığını bildirib.
Ukrayna millisində, Moskva "Dinamo"sunda çalışmış 58 yaşlı Kalitvintsevin isə təklifi hansı səbəbdən qəbul etmədiyi bəlli deyil.
Bununla belə, "İmişli"nin baş məşqçi siyahısında daha bir ispaniyalı və xorvat məşqçi var. Hazırda ispaniyalı baş məşqçinin gəlişi daha real görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 30 May 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















