"Neftçi" hücumçu aldı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana “ağ-qaralar”ın yeni üzvüdür. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, komandada 22 nömrəli formanı geyinəcək.
Qeyd olunub ki, əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.
Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Avqust 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















