"Qalatasaray"a keçə bilər
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qalatasaray" "Milan"ın cinah hücumçusu Rafael Leaonun transferi üçün danışıqları davam etdirir.
QOL.az xəbər verir ki, "Trtspor"un məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün İtaliya klubu ilə görüşləri intensivləşdirib.
Bildirilir ki, "Milan" əvvəlcə icarə təklifinə razılıq verməyib və futbolçu üçün 50 milyon avro tələb edib. Bundan sonra "Qalatasaray" transfer hüququnun alınması ilə bağlı rəsmi təklifini təqdim edib.
Bununla yanaşı, futbolçunun illik 11-12 milyon avro maaş istədiyi, "Qalatasaray" rəhbərliyinin isə bu məbləğlə razılaşdığı qeyd olunur. Məlumata görə, İstanbul təmsilçisi futbolçu ilə əsas məsələlər üzrə razılıq əldə edib və hazırda transferin yekunlaşması üçün "Milan"la son detalların müzakirəsi aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Avqust 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















