"Qardaşımın rəhbərliyi ilə Azərbaycan Qarabağı azad etdi"
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Sözlərimin əvvəlində Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi minnətdarlıq və ehtiramla yad edirəm. Qazilərimizə təşəkkürümü bildirir, Uca Allahdan onlara sağlamlıq, əmin-amanlıq və uzun ömür diləyirəm”.
"Bakupost" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Altı il əvvəl İlham qardaşımın rəhbərliyi ilə bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl təzahürü, bütün Türk dünyasının qürur mənbəyi olmağa davam edir.
Hamınızın bildiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəsinə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə gələcəyimizə işıq salan sönməz məşəldir.
Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin hüdudlarından çox-çox kənara çıxır. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru hesab edirik”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Noyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















