Icma.az
close
up
RU
"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Icma.az, Axar.az saytına istinadən bildirir.

"Speys TV" bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 313.06 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib.

Açıqlamada qeyd olunub ki, sözügedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət 2023-cü ilin fevral ayından etibarən "Speys TV"yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.

Qeyd edilib ki, keçmiş baş direktor Vado Korovin və həmin dövrdə icraçı direktor vəzifəsində çalışmış Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış idarəetmə prinsiplərindən uzaq model tətbiq ediblər. Nəticədə kanal sistemli şəkildə zəifləyib, peşəkar media qurumu kimi inkişaf etmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmənin təsiri altında fəaliyyət göstərib. Bunun nəticəsində maliyyə intizamının pozulduğu və strateji inkişafın zəiflədiyi vurğulanıb.

Bildirilib ki, kanalın maddi-texniki bazası da faktiki olaraq iflic vəziyyətinə salınıb. Belə ki, balansda olan 24 xidməti avtomobildən cəmi ikisi işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi uzun müddət həyata keçirilməyib. Studiyaların baxımsız saxlanıldığı, texniki infrastrukturun isə müasir televiziya tələblərindən geri qaldığı qeyd olunub.

Açıqlamaya əsasən, həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi addımların atılacağı bildirilib.

Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir. Qərarda qeyd edildiyi kimi, bu tədbir əməkhaqlarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər icbari ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Kanalın normal fəaliyyətini davam etdirdiyi vurğulanıb.

"Speys TV" hazırda kanalda genişmiqyaslı islahat proqramının həyata keçirildiyini də açıqlayıb. Məlumata görə, qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara verilib, yeni pavilyonlar inşa olunub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni sənədli və televiziya filmləri, həmçinin xüsusi televiziya buraxılışları hazırlanıb. Bununla yanaşı, onlarla peşəkar kadr işə qəbul edilib, inzibati binada və həyətdə əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir LED sistemləri və monitorlar quraşdırılıb.

Açıqlamada qeyd olunub ki, hazırda kanalın proqram siyasəti tamamilə yenidən formalaşdırılır. Bildirilib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları təqdim olunacaq. Məqsədin "Speys TV"ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə yol verilmiş ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirmək olduğu vurğulanıb.

Sonda bildirilib ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə, həyata keçirilən islahatların isə kanalın inkişafını təmin edəcəyinə əminlik ifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyul 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri