"Xalq artistləri kafe səviyyəsindədir, ölkədə əsl ulduz ROZADIR"
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məşhur "O Səs Türkiyə" layihəsinin iştirakçılarından olan, tanınmış opera müğənnisi Ülvi Qılınc qalmaqallı açıqlamalar verib.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, o, bəzi Xalq artistlərinin bostanını daşlayıb.
Roza Zərgərlini ayrıca pilləyə qoyan ifaçı onun Azərbaycanda əsl ulduz olduğunu deyərək, bu sözlərlə düşüncəsini əsaslanıdırıb:
"Hazırda ulduz Roza Zərgərlidir. Çünki bu adamın keçmiş Sovet dövlətlərində konsertləri bir illik yazılır. Biletləri öncədən satılıb.
Bizdə heç bir Xalq artistləri, özlərini ulduz sayanların heç birinin konsertləri yoxdur, yəni kafe səviyyəsindədirlər. Oralarda oxuyub, özlərini gündəm edirlər. Daha bahalı yerlər ola bilər, ancaq elə kafedir.
Ulduz olanın konsertləri heç olmasa, keçmiş "SNQ" ölkələrində yazılmalıdır. Ulduz bu deməkdir. Sənin digər dövlətlərdə konsertlərin yoxdursa, başqa xalqlar qulaq asmırsa, öz ölkəndə ulduz deyilsən. Onlar kosmosda olan görünməyən tozdurlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















