Icma.az
close
up
RU
"Yeni abhava..." Şeyx Ramin Məmmədovdan danışdı

"Yeni abhava..." Şeyx Ramin Məmmədovdan danışdı

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


​"Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfər qazanmış Azərbaycan xalqının dini maarifləndirilməsi sahəsində din xadimlərinin üzərinə böyük vəzifələr düşür. Qalib Azərbaycanın azad Qarabağda apardığı genişmiqyaslı quruculuq işləri, bərpa olunan dini-mənəvi irsimiz, dövlətimizin artan beynəlxalq nüfuzu — bütün bunlar dini-mənəvi maarifləndirmədə əks olunmalıdır və din xadimlərimiz bu şərəfli gerçəkləri insanlara ən yüksək şəkildə çatdırmağa məsuldurlar. Uca Allahdan müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirik".

Bakupost.az xəbər verir ki, bunu çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O əlavə edib ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür:

"Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır.

Şadam ki, Azərbaycan Respublikası Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli cənab Ramin Məmmədovun rəhbərlik etdiyi Dövlət Komitəsi ilə dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsi arasında səmərəli, işgüzar əməkdaşlıq daha da artıb, münasibətlərdə yeni ab-hava yaranıb. Birgə layihə və tədbirlərimiz dövlət-din münasibətlərinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edir".

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir:

"Uca Allahın buyurduqlarını, Vətən məhəbbətini ali dəyərlər işığında insanlara çatdırmaq, dövlətimizin qazandığı Böyük Zəfərin dərin anlamını, görülən genişmiqyaslı işlərin mahiyyətini açıqlamaq mühüm vəzifəmizdir. Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir. Dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur. İmam Hüseyn əleyhissalamın və Əhli-Beynitin, Vətən və şərəf uğrunda canından keçən bütün şəhidlərimizin ehtiramla yad edildiyi ənənəvi Aşura mərasimlərində təşkil etdiyimiz qanvermə aksiyaları ictimaiyyət tərəfindən yüksək təqdir olunur.

Məhərrəmlik tədbirlərində və Ramazan dönəmində məzhəbindən asılı olmayaraq vəhdət halında iştirakımız milli-mənəvi vəhdətimizin təzahürü olub, milli dövlətçiliyimizə xidmət edən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir. Din xadimlərimiz üçün illər öncə hazırladığımız Xütbələr və Moizələr kitabı maarifləndirmə işində xüsusi əhəmiyyət kəsb edir. Şükürlər olsun, milli-mənəvi birliyimizə xidmət edən vahid namaz təqvimi, azanların eyni vaxtda verilməsi, müqəddəs dini bayramların vəhdət şəklində keçirilməsi məsələləri həllini tapıb.

​Mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir. Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik. Vahid ruhani formasının qəbulunda məqsəd – hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir. Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Dini mərkəz olaraq qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesinin öndə gedən platformalarında fəal iştirak edirik. Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq əlaqələrini hər zaman Azərbaycan dövlətinin maraq və mənafelərinə, dövlətin strateji xəttinə uyğun qurur. Şükürlər olsun ki, bu il ərzində Prezident cənablarının tövsiyə və xeyir-duası ilə keçirilmiş iki mühüm beynəlxalq tədbir – Altıncı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı, Şuşa zirvə görüşləri, habelə Dini Komitə ilə həmtəşkilatçılıqda COP 29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyəsini bariz şəkildə nümayiş etdirdi. Özəlliklə dini liderlərin azad Qarabağa səfərləri olduqca önəmli idi.

Bugünədək bu tədbirlərin yüksək səviyyədə təşkilinə və qəbul edilmiş sənədlərin zəruriliyinə dair təşəkkür və təqdir məktubları almaqdayıq.

​Hörmətli Konfrans iştirakçıları!

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla birgə səmərəli əlaqələrimizin bəhrəsi olaraq bu il Beynəlxalq Tolerantlıq günündə İçərişəhərdə dünyada analoqu olmayan Tolerantlıq Evi dövlətimizin multikultural siyasətini əyani nümayiş etdirən məkan kimi fəaliyyətə başlamışdır. İlk dəfə COP29 qonaqlarının ziyarət etdiyi Tolerantlıq Evi hazırda çoxsaylı xarici nümayəndə heyətlərinin böyük maraq göstərdiyi məkana çevrilib. Dini maarifləndirmə işində, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun, bu istiqamətdə xeyli işlər görən institutun rektoru Aqil Şirinovun fəaliyyəti təqdirəlayiqdir. Zənnimcə, birgə həyata keçirməli olduğumuz layihələr barədə düşünülməlidir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri