Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Quran bir meyar, mesaj və istiqamət kitabıdır

Quran bir meyar, mesaj və istiqamət kitabıdır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Məlumdur ki, ateistlər dinə inanmır və dinə qarşıdırlar. Xüsusən din adı altında meydana çıxan, törədilən neqativ hadisələr ateizmə bir qədər də ruh verir. Lakin müqayisə etsək görərik ki, əsl dinin mahiyyətinə ateistlərdən daha çox özünü inanclı göstərən xurafatçı təbəqə ziyan vurur. Sovet dövründə məlumdur ki, rəsmi ideoloji xətt ateizm, kommunizm idi. Lakin rejim çökəndən sonra demək olar ki, ateizm də qalmadı. Lakin xurafatçılıq, mövhumat yaşadı, əksinə inkişaf etdi. Çünki mövhumatın elmi əsasları yoxdur, inanca bağlıdır. İnanc isə ən asan şeydir. Uşağa bir nağıl danış, inanacaq. Amma böyüyə danışıb əsaslandırmasan, ona inanmaz.
Bir çox ateist var ki, onları ateizmə din adı ilə törədilən hadisələr, mövhumat və xurafat sövq edib. Buna nümunə olaraq Mirzə Fətəli Axundovu nümunə göstərə bilərik. Onun əsərlərinin süjet xətti, mahiyyəti əsasən dini xurafata, cəhalətə, mövhumata qarşıdır. Vəfat edərkən fitnəkar ruhaniləri nəzərdə tutaraq: "Millətimi dünyada rüsvay edən o bəyquşları tabutum üstündə uzlaşmağa qoymayın!" deməsi də mütəfəkkirin son sözü olaraq əslində bütün ömrünün, yaradıcılığının hədəfini göstərir. Yaxud yeniyetmə çağında müəllimi Mirzə Şəfi Vazehin ondan böyüyəndə nə olmaq isdədiyini soruşarkən Fətəlinin ona: "Ruhani olmaq istəyirəm" - sözünə qarşılıq: "Riyakarmı olmaq istəyirsən?" deməsi də bir ayrı fəlsəfədir. Yəni, o dövrün mirzələri ruhaniliyi riyakarlıq, fitnəkarlıq, cəhalət orbazı kimi xarakterizə ediblər. Niyə? Onları şeytanmı aldadıb? Yoxsa pozğun, xain, ləyaqətsiz adamlar idilərmi? Əsla elə deyil. Demək problem başqadır...
Mirzə Fətəli allahlı adam idi. Qəlbinin dərinliyində ədalət, haqq, murüvvət, mərhəmət adlı mahiyyətin varlığını nəinki qəbul edirdi, onu hiss edib, ona inanırdı. Millətini işığa çıxarmaq istəyirdi. Bax onun inandığı işıq Allah idi, allahlı olmaq idi. Dinsiz bir ziyalı cəmiyyəti dinli-imanlı, allahlı olmağa səsləyirdi.
Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbürrəhim bəy Haqverdiyev din düşməni idilərmi? Xeyr. Onlar din pərdəsi altında fəaliyyət göstərən, xalqı istismar edən feodal, riyakar, istilaçı ruhani sinfinin, molla sürüsünün düşməni idilər və onlara müticəsinə yem daşıyan cahil kütlənin ayılmasını, təhsil almasını, inkişaf etməsini istəyirdilər. Uşaq vaxtı Quranı ilk dəfə oxumağa başlayarkən atam Sabirin Hophopnaməsini də qarşıma qoydu ki, mütləq bunu da oxu. Mən Qurandan bir surə, Hophonamədən də bir şeir oxuyurdum. Beləcə müqayisəli şəkildə bu kitabları paralel qiraət edirdim. Bitirəndən sonra düşündüm ki, atam düz yol göstərib. Daha sonra Mirzə Cəlili, Haqverdiyevi oxumağa başladım. İşin fəlsəfi, elmi tərəflərini daha geniş üfüqdə anlamaq üçün isə atamın sovet vaxtı abunə olduğu, arxivində topladığı "Elm və həyat" jurnallarındakı Abderli Demokritin, Solonun, Platonun, Aristotelin müdrik kəlamlarından ilhamlanırdım. Atamın oxuyub mənə tərcümə etdiyi Hegelin "Leksii po filosofii religii" kitabından anlayırdım ki, bəzi filosofıar, o cümlədən Hegel din ilə fəlsəfə arasında məzmun fərqi görmür. Ona görə hər ikisi "Mütləq həqiqəti" axtarır. Fərq sadəcə onların ifadə formalarındadır. Beləcə sonralar gördüm ki, oxuduğum İbn Ərəbi, Kindi, Fərabi, İbn Rüşd, İbn Sina, Qəzzali də əslində ilahiyyatla elmi, hətta təsəvvüflə fəlsəfəni müəyyən mənada çulğaşdırıb "Mütləq həqiqəti" axtarırlar. Saflıq Qardaşlarının, Sührəvərdinin, Bəhmənyarın traktatlarında elm-irfan-fəlsəfə münasibəti, mübadiləsi, müqayisəsi həqiqəti dərk etmək yolunda bir mayak rolu oynayır. Əllaf, Nəzzam, Şəhham, Cahiz isə daha cəsarətli fikirlər irəli sürür, hətta bu fikirlərdən doğan həqiqətləri sistemli şəkildə cəmiyyətin şüuruna tətbiq üçün tədbirlər də görürdülər. Abbasilər dövründə "Hikmət evi" akademiyası yaradıldı ki, qədim Yunanıstandakı akademiyalardan sonra bu, dünyanın ilk sistemli akademiyası sayılırdı. Dərk edirdim ki, bütün bunlar insanı vəhşi xislətdən ayırmaq, ilahi həqiqətləri elmi, praqmatik şəkildə dərk etməsi üçündür. Sanki bu ədəbiyyat oxuduğum Quranın təfsiri, şərhi idi. Quran ayələri lakonikdir, sadəcə istiqaməti göstərir, çox zaman şərh vermir, insanın öz ağlını işlətməsi üçün hətta şübhələndirir, beynini düşüncəyə təşviq edir. Həm də o ayələr elmi, düşüncəni, sərbəst fikri, müstəqil anlayışı nişan verir.
Ümumiyyətlə bütün bu hadisələr insanın kamilliyi üçündür. Kamilliyin də cəmiyyətə, bəşəriyyətə fayda verməsi lazımdır. Fikrini topluma ifadə etməyən düşüncə adamı, filosof, alim olsa belə maarifçi ola bilməz. Çürümüş budağı kəsməsən çox zaman ağacı qurudur. İltihablı barmaq müalicə olunmasa, özü də çürüyür, bədəni də çürüdür. Ona görə Quranı belə oxuyarkən o kitabdan doğan əmrləri, buyurulan yaşam tərzini həyata tətbiq etmək üçün mütləq ağıl istifadə olunmalı, yaşadığın ölkənin mədəniyyəti, fəlsəfəsi, ənənələri, insanların düşüncə tərzi öyrənilməlidir. Quran bir meyar, mesaj və istiqamət kitabıdır. Onun göstərdiyi istiqaməti doğru anlamaq üçün isə ən azı Sabiri, Mirzə Cəlili, Haqverdiyevi hətta Axundovu oxumaq lazımdır.
Tural İrfan, dinşünas alim
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri