Icma.az
close
up
RU
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür İlahiyyatçı

Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür İlahiyyatçı

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Taliban" BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Amu TV" məlumat yayıb.

Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.

Qeyd edək ki, bu "Taliban"ın ölkədəki BMT nümayəndələrinə qarşı ilk qadağası deyil. Belə ki, təşkilat 2023-cü ilin aprelində qadınların BMT nümayəndəliyində işləməsini qadağan edib.



Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Quranda saqqal haqqında bir yerdə məlumat var:


“O da əmr və yaxud yasaq deyil. Musa Peyğəmbər başqa səfərə gedir, qövmünü qardaşı Haruna tapşırır. Qayıdanda görür cammat qızıldan buzov heykəli düzəldib ona ibadət edir. Əsəbləşib qardaşının saqqalından tutub silkələyir ki, bəs mən sənə tapşırmışdım ki, bunları yollarını azmağa qoyma. Nə üçün imkan veribsən bütpərəstliyə qayıtmaqlarına? Yəni, bundan başqa Quranda saqqal sözü keçmir. Amma mənbələrdən məlum olur ki, o dövrlərdə saqqal saxlamaq bir növ dəb olub. Tarixdə ilk saqqal qırxdıranın da Makedoniyalı İsgəndər olduğu deyilir. Çünki döyüşdə onun əsgərlərini əlbəyaxa saqqalından tutub yıxırdılar. O da göstəriş verdi ki, əsgərlər saqqalını qırxsın. İslam dinində şəriətin kökü Qurandır və bu kitabda da saqqalın vacib yaxud müstəhəb olması haqda bir əmr yoxdur. Amma hədislərdə var. O da əmr yox, dövrün dəbinə uyğun olaraq saxlanılan saqqalın səhmana salınması, rəng qoyulması haqqındadır. Böyük din alimləri saqqalın sünnət olduğu, yəni Peyğəmbərin ənənəsi olması fikrindədirlər. Yəni vacib hökm yox, sadəcə Peyğəmbərin adətidir. Şübhəsiz ki, bu da o dövrə aiddir. Ola bilsin Peyğəmbər indiki dövrdə yaşasaydı saqqal saxlamazdı. Lakin onun saqqalı da bir tutumdan uzun olmayıb. Məlumdur ki, İslam yayıldığı coğrafiyada ağır səhra şəraitində, suyun, qidanın məhdud olduğu, hətta kəsici alətlərin belə çətin tapıldığı bir yerdə, mütəmadi olaraq səfərlərdə, savaşlarda olan müsəlmanlar üçün saqqalı qorxmaq əlavə çətinlik yaradardı. Amma qısaltmaq asan idi. Qılıncla, xəncərlə də qısalda bilirdilər. Lakin dindən qırxmaq üçün sadəcə şərait və imkan yox idi. Saqqal müsəlmanlığın şüarı deyil. Din və iman saqqalın uzunluğu ilə yox, iman, elm və əxlaqın zənginliyi ilə ölçülür Quranda. Ona qalsa Peyğəmbər zamanında İslama qarşı mübarizə aparan müşriklərin də hamısı ərəb adətinə uyğun saqqal saxlayırdılar. Əbu Ləhəb, Əbu Cəhl, As bin Vail, Əbu Sufyan hamısı saqqallı idilər. Saqqal o dövrdə adət, ənənə idi. Dinə aidiyyəti yoxdur. Əfqanıstanda verilən bu qərar yumşaldılmalıdır. Çünki dinə uyğun deyil. Lap onların məzhəbinə görə saqqal vacib sayılsa da belə məcburiyyət olmamalıdır. Çünki dində məcburiyyətin olmaması məsələsində bütün cərəyanlar həmfikirdir. Əsas elmə, inkişafa, tərəqqiyə, mədəniyyətə, mənəvi zənginliyə üstünlük vermək lazımdır, saqqala deyil. Darvin və Kral Marksın, hətta Leninin də saqqalı vardı. Lakin ən böyük ateist idilər. Yəni, iman dinə bağlılıq və sadiqlik saqqalla, geyimlə ölçülmür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri