Qurban bayramında təzyiq xəstələri necə qidalanmalıdır?
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qurban bayramında yüksək təzyiqdən əziyyət çəkən şəxslər sağlam qidalanmaya xüsusi diqqət yetirməlidirlər.
Pravda.az bildirir ki, qırmızı ətin istehlakı nəzarət altında saxlanmalı, yağsız və ızgarada bişmiş ətə üstünlük verilməlidir. Duzdan uzaq durulmalı, onun əvəzinə təbii ədviyyatlar istifadə olunmalıdır. Bol tərəvəz və meyvə qəbul etmək, təzyiqin tarazlanmasına kömək edir.
Bayram günlərində ağır yeməklərdən, şəkərli və yağlı şirniyyatlardan çəkinmək məsləhətdir. Şirin ehtiyac təbii datlandırıcılarla hazırlanmış yüngül desertlərlə qarşılanmalıdır. Həmçinin, kifayət qədər su içmək orqanizmin toksinlərdən təmizlənməsini təmin edərək qan təzyiqini sabit saxlamağa kömək edir.
Xəbərdarlıq: Bayram zamanı dərmanların vaxtında qəbulu, fiziki aktivlik və duzun azaldılması həyati əhəmiyyət daşıyır.
Əminə Bayramova


