Icma.az
close
up
RU
Quru sərhədləri ilə bağlı mühüm açıqlama Yay başladığı üçün...

Quru sərhədləri ilə bağlı mühüm açıqlama Yay başladığı üçün...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

26-28 may tarixlərində Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlayacağı barədə yayılan xəbərlər ictimaiyyətdə maraq doğursa da, bu, reallaşmadı. Digər tərəfdən, sözügedən məsələ quru sərhədlərin açılması istiqamətində ilkin mərhələ adlandırılırdı. Vətəndaşlar bu tarixə ümid etsələr də, hələ heç bir rəsmi təsdiq və ya praktiki addım yoxdur.

Qatar niyə fəaliyyətə başlamadı? İctimaiyyətə nə zaman aydın məlumat veriləcək?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı xatırladıb ki, bu barədə Gürcüstan tərəfi məlumat yaymışdı:

“Azərbaycan isə səssizliyini qorudu, nə təsdiq, nə də təkzib etdi. Ona görə də 26-28 may tarixlərində quru sərhədlərin açılmayacağı məlum idi. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin səlahiyyətində olan bir şey deyil. Məsələ ilə bağlı Nazirlər Kabineti qərar verməlidir. Çünki quru sərhədləri karantin rejimi səbəbi ilə bağlanıb. Bu müddət iyulun 1-nə kimi uzadıldığına və şərtlər qüvvədə qaldığına görə o vaxta qədər quru sərhədlərin açılmasından söhbət gedə bilməz”.

Tural Abbaslı

T.Abbaslı əlavə edib ki, sərhədlərin tez bir zamanda, hətta gələn həftə açılması məqsədəuyğun olardı:

“Artıq yay ayları başlayır. Bu, həm qarşılıqlı turist axınını tənzimləyər, həm də kənd təsərrüfatı məhsullarının ticarətinə, kiçik biznesin fəaliyyətinə töhfə verərdi. Qadağanın götürülməsi iqtisadi fəallığa da səbəb olar. Bu istiqamətdə təhlükəsizlik məsələləri də vurğulanır. Hesab edirəm ki, müvafiq qurumlar bu təhdidlərin qarşısını ala biləcək gücdədir”.

Ləman Hüseynzadə
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri