Icma.az
close
up
RU
Qurban Qurbanov: “Bəzi oyunçular daha çox istirahəti düşünürdülər”

Qurban Qurbanov: “Bəzi oyunçular daha çox istirahəti düşünürdülər”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasında evdə “Şəfa”ya 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında təəssüratlarını bölüşdü:

– Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib 3 xal əldə etdik və milli komandaların oyunları ilə bağlı uzun fasiləyə çıxırıq. Görüşün gedişatında hiss olunurdu ki, bəzi oyunçular daha çox istirahəti düşünürdülər. “Şəfa”ya da uğurlar arzulayıram. Onlar da illər sonra Premyer Liqaya qayıtmış yeni kollektivdir. Bir-birinə bənzər iki komandanın mübarizəsi izləndi. Əsas odur ki, qələbə qazandıq və inanıram ki, bu fasilədən səmərəli istifadə edə biləcəyik.

– Meydanda real qol imkanlarının azlığı diqqət çəkdi. Komandanın nümayiş etdirdiyi futbol sizi qane etdimi?

– Qarşımızda bütün diqqətini müdafiəyə yönəltmiş və yaxşı təşkilatlanmış rəqib var idi. Əlbəttə ki, daha sürətli keçidlər etmək və yaxşı oynamaq istərdik. Lakin zonalar çox dar idi, bundan tam istifadə edə bilmədik. Belə matçlarda daha keyfiyyətli futbol oynamaq bizim borcumuzdur və bunu tələb edirik. Zamanla futbolçular bir-birini daha yaxşı tamamlayacaqlar.

– Çempionluq uğrunda əsas rəqibləriniz olan “Neftçi” və “Sabah” geniş rotasiya imkanlarına malikdir. “Qarabağ”ın yeni transferlərə ehtiyacı varmı?

– Hazırda transfer pəncərəsi bağlıdır. Lakin qış fasiləsində imkanımız olsa və düşündüyümüz mövqelərə uyğun oyunçular tapılsa, mütləq heyəti gücləndirmək istəyirik. Çünki demək olar ki, tam yeni kollektiv formalaşdırırıq və dayanmaq niyyətində deyilik.

– Sizcə, konkret hansı mövqelərə transferlər olunacaq?

– Müəyyən etdiyimiz bir neçə mövqe var, lakin onları indidən açıqlamamaq daha doğrudur.

– Əvvəlki illərdən fərqli olaraq, bu dəfə “Qarabağ”dan milli komandaya cəmi 2 futbolçu dəvət alıb. Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevin vəziyyətləri nə yerdədir?

– Bəhlul ən geci 10 gündən sonra komandaya qoşulacaq. Onda nadir hallarda rast gəlinən zədə növü var idi və əməliyyat olundu. Prosesin tez və ya gec yekunlaşma ehtimalı var idi, təəssüf ki, uzandı. Bəhlul həm bizim, həm də milli komanda üçün çox vacib oyunçudur. Elvin də zədəlidir, məhz bu səbəbdən milliyə gedə bilmədilər. Digər tərəfdən, Toral Bayramov və Nəriman Axundzadə kimi futbolçularımız yayda legioner həyatı yaşamağa başladılar. Həmçinin, yeni limit qaydalarına uyğun addımlar atırıq. Formada olan yerli futbolçular tapmaq və onları tam hazır etmək asan deyil. Gələcəkdə perspektivli yerli oyunçular olsa, mütləq şans verəcəyik ki, milli komandaya yolları açılsın.

– Bu gün tribunalarda azarkeş azlığı diqqət çəkirdi. Fanatlara xüsusi çağırışınız varmı?

– Azarkeşlərimizə deyəcək əlavə sözüm yoxdur, biz bir-birimizi çox istəyirik. Onlar nə vaxt və harada olmaq lazımdırsa, orada olacaqlar. Tək bizim yox, ümumən bütün komandaların fanatlarının stadionları doldurmasını istərdim.

– “Qarabağ”ın aşağı yaş qruplarında Toral, Nəriman və ya Elvin səviyyəsində gənclər varmı?

– Bəli, akademiya barədə məlumat alıram. Aşağı yaş qruplarında çox maraqlı və perspektivli futbolçular var, sadəcə onlara bir az vaxt lazımdır.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Sentyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri