Qurban Qurbanov “Bu Şəhərdə” yamsılanması barədə nə düşünür? “Qarabağ” klubundan cavab
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı səhnəcik müzakirə doğurub.
"Yeni Sabah" xəbər verir ki, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun konserti noyabrın 15-də Heydər Əliyev Sarayında baş tutub.
Məlum səhnəcikdə Qurban Qurbanovu Coşqun Rəhimov canlandırıb. Rafael İsgəndərov isə tamada Siltuş Çölçəmənli obrazındadır.
Səhnəcikdə tamadanın bütün suallarına "Qurban Qurbanov" təsiqləyici "ola bilər" cavabı verib. Yalnız "Millimiz dünya çempionu ola bilərmi" sualını qarşı tərəf uğunub özündən getməklə cavablandırır.
Səhnəcikdə yer alan bu epizod sosial şəbəkələrdə mənfi reaksiyalar doğurub. Tamaşaçıların yalnız bir qisim bunu satira kimi dəyərləndirib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövzuya dair rəy bildirməyib.
“Köhlən atlar”ın mətbuat xidmətinindən “Yeni Sabah”a bildiriblər ki, mövzu qeyri-idman konteksli olduğu üçün klub bu barədə rəsmi münasibət yayımlamaq istəmir: "Bizə "Napoli", yaxud Səbail"lə görüşlə bağlı soruşun, bu tip sual idmanla əsla bağlı deyil", - deyə "Qarabağ" FK-nın mətbuat katibi Anar Hacıyev vurğulayıb.
Baxış sayı:106
Bu xəbər 17 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















