Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Qurban Qurbanov Rəşad Sadıqova rəhm etmədi

Qurban Qurbanov Rəşad Sadıqova rəhm etmədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Qarabağ (Ağdam) – Zirə 4:0 (1:0)
97. Fabian Buntiç – 5,5
24. Aleksey İsayev – 5,5
(20. Riçard Almeyda, 66) – 5,0
13. Bəhlul Mustafazadə (k) – 6,5
44. Elvin Cəfərquliyev – 6,0
22. Musa Qurbanlı – 5,5
(19. Redon Cica, 75) – 5,0
90. Nəriman Axundzadə - 5,5
29. Marko Veşoviç – 5,5
(30. Abbas Hüseynov, 75) – 5,0
7. Yassin Benzya – 6,5
2. Mateus Silva – 6,0
6. Julio Romao – 5,5
(21. Aleksey Kaşuk, 66) – 6,0
15. Leandro Andrade – 5,5
(11. Emmanuel Addai, 81) – qiymətsiz
Ehtiyat oyunçular
99. Mateuş Koxalski
27. Toral Bayramov
10. Abdulla Zubir
81. Kevin Medina
66. Patrik Andrade
8. Marko Yankoviç
18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Yassin Benzya
13. Aydın Bayramov – 5,0
7. Məqsəd İsayev – 5,0
(70. İssa Cibrila, 46) – 5,0
32. Qismət Alıyev (k) – 4,5
(22. İldar Alekperov, 13) - 5,0
29. Ceyhun Nuriyev – 5,0
(8. İsmayıl İbrahimli, 61) – 5,0
5. Stefan Aka – 5,0
4. Ruan Renato – 5,5
90. Davit Volkov – 5,0
(11. Rüstəm Əhmədzadə, 46) – 4,5
(21. Hacıağa Hacılı, 77) – qiymətsiz
23. Rafael Utziq – 5,0
15. Pyer Zebli – 4,5
17. Ayron Qomis – 5,0
6. Eldar Quliyev – 5,0
Ehtiyat oyunçular
97. Tyaqo Silva
10. Georgi Papunaşvili
3. Ange Mutsinzi
28. Abbas İbrahim
24. Yusuf Laval
18. Martins Junior
19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ruan Renato
Qollar: M.Silva, 2 (1:0, Y.Benzya). Y.Benzya, 52-p. (2:0). B.Mustafazadə, 59 (3:0, E.Cəfərquliyev). A.Kaşuk, 68 (4:0, E.Cəfərquliyev).
Vərəqələr: M.İsayev, 26 (qeyri-idman hərəkəti). J.Romao, 61 (qeyri-idman hərəkəti). S.Aka, 85 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FƏRİD HACIYEV, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Anar Şıxəliyev (Bakı).
10 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 900 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun sonuncu və mərkəzi matçı “Zirə” üçün daha yaxşı keçə bilərdi. Axı “Qarabağ”ın çətin Norveç səfərindən yorğun qayıtması ideal fürsət idi. “Qartallar” ən azı 1 xal uğrunda mübarizə apara bilərdi ki, bəzi məqamlar hadisələrin axarını dəyişdi. Ən əsası: “Araz-Naxçıvan” bir gün əvvəl “Sumqayıt”ı məğlub etməklə “köhlən atlar”ı qabaqları və liderliyi ələ keçirdi. Təbii ki, bu məqam ağdamlıların motivasiyasına təsir etməyə bilməzdi. “Qartallar”ı çətinə salan növbəti amil meydan sahiblərinin artıq 2-ci dəqiqədə hesabı açması oldu. Küncdən zərbəni yerinə yetirən Benzya topu cərimə meydançasına, Silva isə “çərçivə”yə göndərdi. Birinci hissənin qalan dəqiqələri də “Qarabağ”ın üstün oyunuyla müşayiət edildi.
30-cu dəqiqədə Benzyanın fərqi artırmasına Aydın imkan vermədi. Çox keçmədən Nərimanın bəxtini sınamaq istəyinə Aka mane oldu. Düzdü, “Zirə”nin ilk yarıda göstərdiyi oyun növbəti 45 dəqiqə üçün pozitiv düşünməyə şərait yaratmırdı. Amma komandanın daha zəif çıxışı və bu üzdən daha üç qol buraxmasını sürpriz saymaq olar. Axı “qartallar” son iki ildə (2022/23 mövsümü, 7-ci tur: “Zirə” – “Qarabağ 7:1) “köhlən atlar”a belə böyük hesabla uduzmamışdı...
48-ci dəqiqədə Veşoviç qol vurmağa yaxın olsa da, top toru yandan silkələdi. Bir qədər sonra Zebli komandasını məyus edən səhvə yol verdi. O, cərimə meydançası daxilində Musaya qarşı yersiz qayda pozuntusuyla yadda qaldı. Belədə Fərid Hacıyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirən Benzya 52-ci dəqiqədə hesabı 2:0 etdi. Dəqiq desək, zərbənin istiqamətini müəyyənləşdirən Aydın topa toxunsa da, tora qovuşmasına mane ola bilmədi. “Qarabağ”ın üçüncü qolu özünü çox gözlətmədi. 59-cu dəqiqədə Benzyanın cərimə zərbəsiylə topu oyuna daxil etməsindən sonra qapı önündə təhlükə yaradan meydan sahibləri Elvinin ötürməsi, Bəhlulun başla zərbəsi sayəsində fərqi darmadağın həddinə çatdırdı. Ardınca “Zirə” iki fürsəti əldən verdi. Birinci epizodda Buntiç Renatonun cərimə zərbəsindən birbaşa qapıya göndərmək istədiyi topa yiyələndi. İkincidə isə Qomis Buntiçlə qarşı-qarşıya qalsa da, “çərçivə”ni dəqiq nişan ala bilmədi.
68-ci dəqiqədə “Qarabağ”ın 4-cü, həm də yekun nəticəni təmin edən qolu qeydə alındı. Bəhlulun uzaqdan göndərdiyi topu qəbul edən Elvin cərimə meydançası daxilinə ötürmə etdi ki, Kaşuk şansdan maksimum yararlandı. Bir qədər sonra Renato Nərimanın qapıya zərbəsini dəf etdi.
80-ci dəqiqədə Cica qeyri-dəqiq zərbəylə yadda qaldısa, Buntiç Hacıağanın təsəlli qolunu vurmasına mane oldu. Beləliklə, “Qarabağ” yenidən lider kürsüsünə əyləşdi. “Zirə” isə son 5 matçda yalnız “Şamaxı” üzərində qələbə (2:0) qazana bilib...
Gözdən qaçmadı
* Mərkəzi matçı cəmi 900 azarkeşin izləməsi “Tofiq Bəhramov” kimi nəhəng stadionun ümumi mənzərəsini xeyli korlayırdı.
* Rəşad Sadıqov əvvəldən sona qədər texniki zonadan futbolçularına tapşırıqlar verdi.
* Hesab yalnız media sektorunun arxasındakı böyük tabloda göstərilirdi. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Futbol+”ə sağ və solda yerləşən tabloların çalışdığını, sadəcə, bu oyun üçün belə addım atdıqlarını dedi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Noyabr 2024 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri