Icma.az
close
up
RU
Qurban Qurbanovdan hikmətli qərar... o, Qarabağ ın ulduzuna çevrilə bilər!

Qurban Qurbanovdan hikmətli qərar... o, Qarabağ ın ulduzuna çevrilə bilər!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Qarabağ" artıq Çempionlar Liqasının pley-off mərhələsindədi. Ağdam təmsilçisi buna 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şkendiya"nı darmadağın etməklə (5:1) nail oldu. Ancaq qarşılaşma təkcə tribunalardakı möhtəşəm ab-hava, bizimkilərin aşkar üstünlüyü ilə yox, həm də 77-ci dəqiqədə yaşanan əlamətdar hadisəylə yadda qaldı: "Qarabağ" akademiyasının yetirməsi Hikmət Cəbrayılzadə avrokubokların ən mötəbərində debüt etdi!

Məlum olduğu kimi, Hikmət əsas komandaya mayın əvvəlində qoşulub. Premyer-liqadakı debütü isə ötən mövsümə - 35-ci turun "Kəpəz"lə oyununa (3:0) təsadüf edib. Hələ həmin matçdan sonra jurnalistlərə açıqlama verən "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov onun haqda müsbət fikirlər səsləndirmiş, inamını ifadə etmişdi. Hikmətin "Qarabağ"ın Avstriyada keçirdiyi yay təlim-məşq toplanışında iştirak etdiyindən də xəbərdarıq.
Xatırlayırsızsa, ağdamlılar bu hazırlıq prosesinə daha üç gənc futbolçunu - Mehdi Mütəllimli, Amin Rzayev və Həbib Qədimovu da cəlb etmişdi. Mehdi və Həbib Çempionlar Liqası üçün iştirak ərizəsində yer tuta bilmədisə, Aminlə Hikmət şans qazandı.
Heç şübhəsiz, U-19-un da üzvü olan Hikmət təcrübəli mütəxəssisin ümidlərini doğruldub. Belədə çalışdırıcısı ilk fürsətdə - cütün taleyinin həll edildiyinə şübhə qalmadığı anda Hikmətə şans verdi, başqa sözlə, həvəsləndirmək yönündə çox ciddi addım atdı, əməyini mükafatlandırdı. İndi növbə Hikmətdədi. Bəli, o, "Qarabağ"ın cari mövsümdəki ən gənc futbolçusu olsa da, zirvənin dadına baxdı. Ancaq bu hələ başlanğıcdı.
Hikmət məhz bunun fərqində olmalı, ən əsası, arxayınlaşmamalıdı. Qurban bəyə mükafatına görə yalnız daha böyük uğurlar qazanmaqla təşəkkür etmək olar.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri