Icma.az
close
up
RU
Qurban Qurbanovun nəticələrini hansısa əcnəbi əldə etsəydi biz bunu daha çox böyüdərdik MÜSAHİBƏ

Qurban Qurbanovun nəticələrini hansısa əcnəbi əldə etsəydi biz bunu daha çox böyüdərdik MÜSAHİBƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

- Ən ağır günündə “Turan”a getdiniz və sıfırdan komanda qurdunuz. Amma hazırına əcnəbi mütəxəssis gətirildi. İndi də "Şamaxı"da müəyyən işləri görürsünüz. Yayda yerinizə əcnəbi gəlsə təəccüblənməyəcəksiz?

- Yox. Onsuz da bir illik anlaşmamız var. Yayda yenidən danışacağıq. Məqsədimiz liqada qalmaqdır. Böyümək üçün ilk öncə hədəfə çatmalıyıq. Gecə-gündüz bunu düşünürük. Düzdü, tərəfdarıyam ki, məşqçi hər il bir komanda dəyişməli deyil. Lakin həyatdır, rəhbərlik yayda razı qalmaya bilər. Belə olan halda da arada bir inciklik olmayacaq. Amma üç illik yola çıxıb, yarıda qalanda çətin olur. Çünki proqram yarıda qalır. Belədə təəssüflənmək olar.

- Maraqlıdır, hansı komandadan ayrılmağınıza hələ də pis olursunuz?

- Sumqayıt hər zaman şəhər olaraq iddialı olub. Orada çox yaxşı komanda qurmuşduq. Legionerlərə icazə yox idi. Yerli uşaqlarla maksimum nəticə vermişdik. Çox təəssüf ki, hər mövsümün sonu futbolçulara təklif gəlirdi. Klub olaraq onları saxlamağa gücümüz çatmırdı. Bəlli bir büdcə ilə hərəkət edirdik. Hər mövsümün sonu 5-6 nəfərlə yollar ayrılırdı. Biz yenidən kimlərəsə güvənməli idik. Aleksey İsayev, Əmir Ağayev, Peyman Babayi, Şəhriyar Əliyev getdi. Ardınca Tellur Mütəllimov, Xəyal Nəcəfov, Murad Xaçayev, Elvin Bədəlov gəldi. Amma bizə həmin il legioner transfer etməyə icazə versəydilər bu yerli uşaqlarla iddialı ola bilərdik. Məncə, şəhər olaraq, azarkeş olaraq Sumqayıtda daha yaxşı ola bilərdik. Amma yenə də qismət. Oradakı uğurlar yaddan çıxmayacaq. İlk dəfə bürünc medal qazandıq. Ölkə kubokunun finalında iki dəfə məğlub olduq. Məncə, "Sumqayıt"ı daha da iddialı etmək olardı.

- İdarəetmədən danışdıq. Bu gün yaxşı maliyyəsi olan milli komandamız və "Neftçi" əcnəbi baş məşqçilərin əlində əsir olub. Təbii ki, idarəetmədə olan şəxslərin günahı böyükdür. Heç nə vaxtsa beyninizdə “nə dəyişərdim bu komandaları” kimi bir fikir olub?

- Harda çalışsan böyük çətinliklər var. İddialı komandalarda böyük təzyiq olur. Yenə gəlirəm o söhbətə ki, klublarda məşqçiyə rahatlıq verilməsə, inanın ki, heç yerdə çalışmaq olmaz. Komandanı baş məşqçiyə etibar etmək lazımdır. Əgər kənar müdaxilə olacaqsa, ən aşağı büdcəsi olan komandada çalışmaq da çətin olacaq. Bu gün Azərbaycanda ən uğurlu komanda "Qarabağ"dı. Rəhbərlik və baş məşqçi öz işini peşəkar görür. Klub 15 ilə yaxındı Avropa arenasında özünü üst səviyyədə saxlaya bilir. Artıq komanda "Sevilya" kimi dünya brendinə futbolçu satır. Biz niyə onlardan nümunə götürmürük?

- Niyə?

- Görünür, öz prinsiplərimiz buna mane olur.

- Qurban Qurbanovu misal çəkdiniz. Bizim digər yerli məşqçilərimiz də əcnəbilərlə müqayisədə uğurlu olub. Böyükağa Hacıyev ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrupuna daşımışdı. Ötən yay Rəşad Sadıqov "Zirə"ni avrokuboklarda pley-offa kimi apara bildi. Daha yaxşı imkanlara sahib "Sabah" əcnəbi məşqçi ilə bir mərhələ adladı. Bütün bunların fonunda yerli mütəxəssislərə istənilən səviyyədə güvənin olmamasının arxasında nə dayanır?

- Bunu demək mənə çətindir. Amma düz qeyd edirsiniz ki, Premyer Liqada ən uğurlu olanlar yerli məşqçilərdir. Bizim çempionatda işləmək çətindir. Bizdə məşqçi gətirəndə böyük təhlil olunmur. Ya adına görə, ya da çalışdığı kluba görə qərar verilir. Çalışdığı yerdə nə problemi olub, hansı futbolu istədiyi maraqlı gəlmir. Biz nə istəyirik? İstədiyimizi o verə biləcəkmi? Hamısı sualdı. Məncə, bu şəkildə təhlil bizdə azdı. Yurgen Klopdan sonra gözləmək olardı ki, "Liverpul"u hansısa məşhur məşqçi çalışdıracaq. Klub rəhbərliyi Arne Slotu gətirdi. Və bu gün klub əvvəlki dönəmdən geri qalmır. Demək ki, idarəçilər düzgün qərar verib. Bizdə əcnəbiyə üstünlük verildiyi aşkar hiss edilir. Qurban Qurbanovun uğurlarını hansısa əcnəbi əldə etsəydi biz bunu daha çox böyüdərdik."Qarabağ"ın Avropada uğurlar qazanması sıradan hadisə deyil. Bunu edən isə yerli baş məşqçidir. Bu gün Türkiyənin nəhəng klubları 14 il stabil qala bilmir. "Qarabağ" 14 ildi böyük turnirlərdə stabil qalmağı bacarır. Çempionatımızı rəngarəng edən həm də yerli məşqçilərdir. Diqqət etsəniz hər birinin fərqli fəlsəfəsi olduğunu görə bilərik. Oxşarlıq çox azdı.

- Nümunəni yaratmaq daha çətindir, nəinki nümunəyə baxıb oxşarını etmək. Çətin olanı "Qarabağ" edib. Qalır bunu təkrarlamaq. Klub başbilənlərimiz nümunəyə baxıb oxşarını yarada bilməyəcək qədərmi bacarıqsızdılar?

- Ola bilər. Ya da futbola baxış bucaqları belədir. Eyni futbola ikimiz də baxa bilərik, amma eyni fikirdə olmayacağıq. Biz "Zirə" nümunəsinə baxa bilərik. Rəşad Sadıqov 4 mövsümdü klubdadı. Bəzən nəticə olmasa belə məşqçi klubda qalıb və ona güvəniblər. Bu, rəhbərlik və məşqçi arasında olan inamdı. Sonda istəklərinə çatıblar. “Zirə” iki dəfə avrokuboklara çıxıb. Bu mövsüm pley-offa kimi yüksələ bildi. İki dəfə ölkə kubokunda final oynayıb. Müqayisədə digər büdcəsi daha çox olan klublar bu müddətdə neçə dəfə məşqçi dəyişib, amma ortada nailiyyət yoxdur. Bu da idarəetmədir. Samir Abasov "Neftçi"ni çempion edəndən sonra heyət güclənmədi. Halbuki bir neçə əcnəbi baş məşqçi gətirilsə də "Qarabağ"la rəqabət apara bilmədilər. Amma Samir Abasov ilk ilində çempion oldu. Ona təkan vermək lazım idi. Təəssüf ki, ikinci mövsümünün sonunda istefaya göndərildi. Qalsaydı arxada qalan 2 mövsümdə daha möhkəm "Neftçi" qura bilərdi. Rəhbərliyin düzgün qərar verməsi futbolda çox önəmlidir.

- Legioner limitinin ləğvi Azərbaycan futbolunu hansı inkişafa aparacaq?

- Bizim inkişaf etməyimiz üçün səbəblər axtarası olsaq, legioner limiti məsələsinə hələ çox var. Problemlərimiz çoxdur. İnkişaf etmək istəyiriksə stadionlarımız tikilməlidir. İşıqlandırma, qazon problemi olmamalıdır. Klublarımızın təlim-məşq bazası olmalıdır. Akademiyalar tikilməli, uşaqlar yarışlara getməlidir. Savadlı məşqçilər yetişdirməliyik. Təcrübə keçmək üçün əcnəbi klublara getmələri vacibdir. Komanda sayı artmalıdır. Hə, onda limitə baxmaq olar. Bizdə yetəri qədər yerli futbolçu yoxdur. Bu gün Premyer Liqa klublarının 90%-i əsas komandadır. Akademiyalara lisenziya almaq üçün baxılır. Son zamanlar "Sabah" və "Qarabağ"da nisbətən akademiyaya baxış bucağı yaxşı mənada dəyişib. Turnirlərə gedirlər, yenilik axtarırlar. Digər komandalarda çox çətindir. Yanaşma dəyişməlidir. Lisenziya almaq üçün yox, futbolçu yetişdirmək üçün akademiyaları saxlamaq lazımdır. Hər kəs bunu bilir. Hamı danışır, amma əməl edən yoxdur.

- Biz futbol ölkəsi deyilik fikrində həqiqət payı nə qədərdir?

- Səhv fikirdir. Əlbəttə, Gürcüstan ilə müqayisə olunmağımız doğru deyil. Onların ənənəsi olub. Tiflis "Dinamo"su avrokuboklarda kubok qazanıb. Bəli, qonşu ölkənin inkişafında bu təkan var. Biz ənənə baxımından xorvatdan, gürcüdən geri qalırıq. Amma bu gün biz daha yaxşı ola bilərik. "Qarabağ" 15 ildi Avropda böyük komandalara qarşı futbol oynaya bilir. Heyətdə bəzən 6 yerli futbolçu olur. Demək ki, biz də oynaya bilirik. Daha yaxşı olmaq üçün çox çalışmalıyıq.

XANOĞLAN İMANOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Yanvar 2025 05:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri