Icma.az
close
up
RU
“Qurban Qurbanovun Qarabağ a gəlişinin şahidi olan biri kimi deyə bilərəm ki...”

“Qurban Qurbanovun Qarabağ a gəlişinin şahidi olan biri kimi deyə bilərəm ki...”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" yenə, dəqiq desək, 12-ci dəfə ölkə çempionu olmaqla azarkeşlərinə sevinc və qürur bəxş etdi.

Ağdam təmsilçisinin səviyyəsi hər kəsə bəllidi, burda təəccüblənəcək nəsə yoxdu. Əksinə, bu dəfə "köhlən atlar" ötən ilə nisbətən bir qədər yubandı. Daha doğrusu, "Zirə"nin qış fasiləsindən sonra sürət yığması, uğurlu nəticələr göstərməsi, hətta evdə keçirilən 21-ci tur matçında "Qarabağ"ı məğlub etməsi (3:2) ağdamlıların 32-ci tura qədər gözləməsinə səbəb oldu. Nəhayət, Qurban Qurbanovun komandası srağagün Masazırda "Sabah"la heç-heçə etməklə (1:1) məqsədinə çatdı. Beləliklə, ötən mövsüm 28-ci turda "Zirə"ni 26 xal qabaqlayaraq qızıl medallara yiyələnən "köhlən atlar" təkcə tarixində 12-ci dəfə yox, həm də ardıcıl 4-cü dəfə ölkənin ən güclüsü olduğunu sübut etdi. Bu dəfə "qartallar"la aradakı xal fərqi cəmi 13-dü. Hər halda, yenə "Qarabağ"a heç kim mane ola bilmədi. Niyə? Əsas məsələ elə bu sualın cavabında gizlənib.
Yuxarıdakı statistikadan da göründüyü kimi, "köhlən atlar" bu dəfə ötən ilə nisbətən zəif təsir bağışlayıb. Təbii ki, "Zirə"nin cari "futbol ili"ndə özünü daha yaxşı tərəfdən göstərdiyini bilirik. Lakin çempionat bu iki klubdan ibarət deyil. Ümumiyyətlə, Qurban Qurbanovun komandası bu mövsüm həm premyer-liqada, həm də ölkə kubokunda keçirdiyi oyunlar zamanı tərəfdarlarına narahatlıq yaşadıb. Amma "Qarabağ" eniş yaşayanda belə ölkəmizdə ciddi müqavimətlə üzləşmir. Üzləşə bilmir. Ağdam təmsilçisi rəqiblərindən o qədər yüksəkdədi ki...
Klubun baş sponsoru "Azərsun Holdinq"in ciddi maliyyə dəstəyi fonunda Tahir Gözəlin araya-ərsəyə gətirdiyi idarəçilik sistemi, 2008-ci ildən bəri baş məşqçi Qurban Qurbanova göstərilən hədsiz etimad və bunun özünü doğrultması uğurları, sadəcə, qaçılmaz edir. Həmçinin klub çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığına malikdi. Bunu qış "transfer pəncərəsi"ndə Juninyoyla yolların ayrılmasından sonra da gördük. Azərbaycana qısa müddətdə uyğunlaşacaq, məhsuldarlığını ortaya qoyacaq futbolçu lazım idi ki, "köhlən atlar" Kadi Borgesi qaytarmaqla “hədəfi vurdu". Braziliyalı yarımmüdafiəçi fevralın 11-dən bəri meydana çıxdığı 11 premyer-liqa matçında 5 qol, 5 məhsuldar ötürmə ilə kollektivin aparıcı üzvləri sırasındadı. Amma təbii ki, "Qarabağ"ın ən məhsuldar oyunçusundan danışmalıyıqsa, Kadini yox, Leandro Andradeni yada salmalıyıq. O, 32 matçda 14 qol vurmaqla nəinki ağdamlıların, ümumiyyətlə, çempionatın bombardiridi. Hələ 9 məhsuldar ötürmə müəllifi olduğunu demirik. Əlbəttə, "Qarabağ"ı uğurlara cəmi iki futbolçu daşımır. Nəriman Axundzadə, Aleksey Kaşuk, Yassin Benzya və Abdulla Zubir kimi oyunçular "köhlən atlar"ın sözün əsl mənasında vuran ayağıdı. Bu üzdən Qurban Qurbanovun kollektivin onurğa sütununu dağıtmaq istəməməsini anlayışla qarşılamalıyıq. Bu siyahıya qapıçılarla müdafiə xəttini təşkil edən təcübəli və bacarıqlı futbolçuların adlarını da əlavə edəndə ortaya qarşısıalınmaz güc çıxır. Axı avrokuboklarda çox ciddi təcrübəyə malik olan klub həmin yarışlarda şərəfini qoruyan futbolçuları heyətində saxlamağa davam etməklə premyer-liqadakı işini xeyli asanlaşdırıb. Belə uzunömürlü davamlılıq həm maddi dayaqlarda, həm baş məşqçi və futbolçularda özünü göstərirsə, rəqiblərin təkcə əzmkarlığa və mübarizliyə yox, həm də şansa ehtiyacı var.
Bəs "Qarabağ"ın hegemonluğunun kökündə başqa nə dayanır? Bu sualı təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:

"Qurban Qurbanovun "Qarabağ"a gəlişinin şahidi olan biri kimi deyə bilərəm ki, başlıca amil oyunçu seçimidi. Ağdam təmsilçisi onun təyinatından bəri xüsusilə legionerlərlə bağlı seleksiya işində qüsursuz çalışıb və çalışmağa davam edir. Burda futbolçuların fiziki hazırlıq səviyyəsi də çox yüksəkdi. Bu üzdən kollektivin məşqçilər korpusuna təşəkkür düşür. "Qarabağ"ın oyunçuları daim sürətli və dinamik oyun sərgiləməyə qadirdi ki, bunu həm ölkə daxilində, həm də beynəlxalq arenada dəfələrlə görmüşük. Həmçinin Qurban Qurbanov öz oyun sisteminə uyğun oyunçular tapıb. Bu qədər doğru işin içində qalan komandaların yanlış yolda olması "Qarabağ"ı rəqiblərindən ümumi keyfiyyət baxımından yaxşı mənada uzaqlaşdırıb. Məsələn, "Neftçi" uzun illərdi məşqçi dəyişir. Üstəlik oyunçu seçimiylə bağlı çox ciddi səhvlərə yol verirlər. Nəticədə aradakı rəqabət uçuruma gedir. Hazırda "Qarabağ"dan sonra ancaq "Zirə"dən bəhs etmək olar. Düzdü, bu kollektiv hələ Ağdam təmsilçisi qədər baxımlı oyun sərgiləyə bilmir. Lakin iki ildi eyni heyətin qorunub-saxlanması yaxşı məqamdı. Sadəcə, Rəşad Sadıqovun yanaşması daha fərqli ola bilər. Görünür, "Zirə" yeni oyunçular üçün böyük məbləğlər xərcləmək istəmir. Baş məşqçi daha çox Azərbaycanda gördüyü, tanıdığı, oyununa bələd olduğu futbolçulara üstünlük verir. Ümumiyyətlə, uğurun açarı davamlılıqdı. Seçimlər doğrudusa, qısa zamanda sabitlik yaranır və nəticə əldə etmək asanlaşır".


Bəs növbəti mövsümdə "Qarabağ"a "əlcək ata biləcək" komandalar ola bilərmi? Bu mümkündüsə, çempionluğa namizədlər sırasında hansı kollektivləri görə bilərik? Aslan bəyin cavabıyla tanış olun:

"Düşünürəm ki, bu sırada "Sabah"la "Neftçi"ni görəcəyik. Bu komandalar təkcə növbəti mövsümdə yox, həmişə "Qarabağ"a müqavimət göstərməyə çalışacaq. Düzü, "Zirə"nin hansı strategiya ilə davam edəcəyini bilmirəm. Amma bu kollektivi də həmin sıralarda görmək mümkündü. Təbii ki, burda əsas məsələ strukturu qoruyub-saxlamaq, çempionatı tanıyan, bacarıqlı və perspektivli yerli mütəxəssislərə güvənmək, həmçinin düzgün futbolçu seçimidi. "Neftçi" bunu bir dəfə bacarıb. Hadisələrin axarı istədikləri kimi getsə, yenə uğurlu ola bilərlər".


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri