Icma.az
close
up
RU
Ət yox, niyyət bölünür: Qurbanlıq bir gündən REPORTAJ

Ət yox, niyyət bölünür: Qurbanlıq bir gündən REPORTAJ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Səhər saat 6:45. Şəhər tam ayılmasa da, bir küncdə həyat qaynayır. Bayram namazına tələsənlər, ağ xalatlılar, kəsim məntəqələrinə daşınan qurbanlıqlar... Bir tərəfdə dua səsləri, digər tərəfdə qurbanlıq heyvanların satışına hazırlıq. Bu qarışıq ahəngli, amma mənalı hazırlıq Qurban bayramının bir neçə sözlük təsviridir.

Bu gözəl bayramda ab-havanın nə yerdə olduğunu əyani müşahidə etmək üçün Oxu.Az olaraq paytaxtın A.M.Şərifzadə küçəsi, 196 ünvanında yerləşən kəsim məntəqəsinə üz tutduq.

Məntəqəyə yaxınlaşdıqca hər kəsin xoş bir vurnuxmada olduğunu müşahidə etdik: kimisi hansı qurbanı seçəcəyini düşünür, kimisi qiyməti endirməyə çalışır, kimisi də öz növbəsinin tezləşdirilməsini istəyir.

Kəsim məntəqəsinə daxil olanda hiss edirsən ki, bu, illərlə qorunan müqəddəs dəyərin canlı təcəssümüdür. Heyvanların sakitləşdirilməsi, gigiyenik qaydaların qorunması, halal kəsim şərtlərinə ciddi əməl olunması insanlar üçün vacib nüanslardır.

Ən maraqlısı isə insanların bu prosesi necə yaşamasıdır: bəziləri üçün bu, dini missiya, bəziləri üçün övladına ilk dəfə qurbanlıq göstərmək fürsəti, bəziləri üçün isə başqalarına yardım etmək - ehtiyac sahiblərinə pay çatdırmaq imkanıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev prosesə nəzarət edən qurumun rəsmisi olaraq Oxu.Az-ın suallarını belə cavablandırır:

"Buradakı heyvanların hamısı baytarlıq müayinəsindən keçirilib. Vətəndaşların qurbanlıq heyvanı alması və ya satması üçün sərbəst şərait mövcuddur. Heyvanların baytarlıq müayinəsi, kəsim sonrası ətin baytarlıq-sanitariya ekspertizası və tullantıların idarəolunması ciddi nəzarətdədir. Bioloji təhlükəsizliyin təmin olunması üçün müxtəlif qurumların iştirakı ilə xüsusi işçi qruplar yaradılıb. Qurbanlıq heyvanlarda şübhəli hal yaranarsa, onun daxili orqanlarından nümunələr götürülür, dərhal müvafiq tədbir görülür".

Satıcı Şahsuvar Əliyev Oxu.Az-a danışarkən bildirir ki, qurbanlıq heyvanların qiymətləri çəkisinə görə dəyişir:

"Əvvəlki illərlə müqayisədə çox da dəyişiklik yoxdur. Heyvanın çəkisi 10 manatdan hesablanır, ət şəklində isə 20 manatdır. Diri çəkisi 15-30 kilo arası olanlar daha çox istənilir. Əvvəl antisanitar vəziyyət hökm sürsə də, bu il təmizlik qaydalarına ciddi riayət edilir. Alıcılar daha çox 300 manatlıq quzulara üstünlük verirlər. Baha olan heyvanlara maraq azdır. Əsasən, İmişli bazarından gətirilən heyvanlara tələbat çoxdur. Heyvanların əksəriyyətinin yaşı altı aydan yuxarıdır".

Biz müşahidəmizdə narazılığı, əsasən, kəsim məntəqəsinin az olmasında görürük: növbə çox olduğu üçün vətəndaşlar gileylənirlər.

Sonda isə onu qeyd etməliyəm ki, məntəqədə qurbanlıq heyvanlara hər baxışda bir niyyət, hər sükutda bir dua var idi. Məhz buna görə də Qurban bayramı yalnız dini mərasim deyil. Bu gün minlərlə insanın eyni duyğunu paylaşdığı, birlik və mərhəmətin səssizcə öz yerini tapdığı bir gündür.

Qurban bayramınız mübarək!

Daha çox foto burada: PhotoStock.az

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri