Icma.az
close
up
RU
“Qurbanov özünü toxunulmaz sayır” Məğlubiyyətə sərt reaksiya

“Qurbanov özünü toxunulmaz sayır” Məğlubiyyətə sərt reaksiya

Icma.az, Metbuat saytına istinadən bildirir.

Ağdamın “Qarabağ” komandasının ötən gecə doğma meydanda Niderlandın “Ayaks” klubuna məğlub olması sosial şəbəkələrin bir nömrəli mövzusuna çevrilib. Bəzi azarkeşlər hətta matçın başa çatmasını gözləmədən Azərbaycan təmsilçisini tənqid etməyə girişiblər.

Metbuat.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri futbolçularla yanaşı, “Qarabağ”ın rəhbərliyini, texniki heyəti “topa” tutmaqdan çəkinmirlər. Komandanın meydandan məğlub ayrıldığı əvvəlki oyunlarda olduğu kimi yenə əsas tənqid hədəfi baş məşqci Qurban Qurbanovdur.

“Qarabağ” azarkeşləri təcrübəli baş məşqçini ən çox oyunçu dəyişikliyinə görə tənqid edirlər. Onların fikrincə, Qurbanov xüsusi istedadı olmayan Nəriman Axundzadə və Kaşuka şans verməklə matçın fatihəsini oxumuş oldu.

"Qarabağ"sevərlər Nəriman Axundzadəni doğma komandada görmək istəmədiklərini açıq şəkildə yazırlar. Ötən gün oyuna dair sosial şəbəkələrdə mövqe sərgiləyən on minlərlə azarkeşin yarısından çoxu biabırçı məğlubiyyətə görə 57-ci dəqiqədə meydana daxil olan Axundzadəni günahlandırırlar. “Qarabağ”lılar iddia edirlər ki, Qurban Qurbanov azarkeşlərin narazılığını heçə sayaraq Nəriman şans verməklə komandasının qələbə şansının üzərindən xətt çəkmiş oldu.

Sosial şəbəkələrdə "Nərimanın adamı var", "Qurban Nərimana dayılıq edir", "Oyunu biz televiziyadan, Nəriman stadiondan izlədi" məzmunlu şərhlər "uçuşur".

"Qarabağ" azarkeşləri iddia edirlər ki, əvvəllər qazanmış olduğu qələbələr Qurban Qurbanovda əbədi rahatlıq yaradıb. Onların fikrincə, 53 yaşlı baş məşqçi Azərbaycanda özünə alternativ görmədiyi üçün futbolsevərlərin rəylərinə əhəmiyyət vermir.

Sosial şəbəkələrdə "Qurban Qurbanov özünü toxunulmaz sayır", "Qurban tərəfdarı adam yerinə qoymur", "Qurban "Qarabağ"ı qurban verdi" məzmunlu yüzlərlə şərhə rast gəlmək mümkündür.

Sabiq deputat Etibar Əliyev də ağdamlıların oyunundan narazı qalıb. Etibar Əliyev sosial şəbəkə hesabında “Bu gündən futbolun başını buraxdım. Valerian tabletlərini pəncərədən çölə tulladım” yazıb.

Qurban Qurbanov iradlara münasibət bildirib. Məşqçi Nəriman Axundzadənin oyunundan razı qalmadığını deyib: “Nərimanın oyunundan tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə bu dəfə alınmadı. Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur".

Qeyd edək ki, Qurban Qurbanov 2009-cu ildən bəri “Qarabağ” klubunun baş məsqcisidir "Köhlən atlar" onun rəhbərliyi ilə 11 dəfə Azərbaycan çempionu olublar. Ağdamlılar Qurbanovun liderliyində 6 dəfə Azərbaycan Kubokunu qazanıblar.

Nazim Hüseynzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri