Qurban Qurbanov Atletik ə məğlubiyyətə görə futbolçuları cərimələyib? Açıqlama
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gün mətbuatda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bütün futbolçuları böyük məbləğdə cərimələdiyinə dair məlumat yayılıb. Qurban Qurbanovun "Atletik Bilbao" ilə oyunda futbolçularının performansından narazı qaldığı üçün belə bir addım atdığı iddia edilib.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Unikal"a açıqlama verib. O bildirib ki, yayılan məlumatlar əsassızdır:
"Bu iddialar yalandır. Futbolçulara heç bir cərimə tətbiq edilməyib. Komanda İspaniyadan qayıtdıqdan sonra normal qaydada məşqini edib və növbəti oyunlara hazırlaşıb", - deyə o əlavə edib.
Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Murad İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















