Icma.az
close
up
RU
“Qurdlar vadisi”nin Güllüsü: “4 ildir Azərbaycanda yaşayıram və həyatıma burada davam etmək istəyirəm” ANONS

“Qurdlar vadisi”nin Güllüsü: “4 ildir Azərbaycanda yaşayıram və həyatıma burada davam etmək istəyirəm” ANONS

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həmsöhbətimiz Türkiyənin məşhur “Qurdlar vadisi” serialındakı Güllü (Erhan) obrazının ifaçısı aktyor Erhan Ufakdır. Erhan Ufak 4 ildir Azərbaycanda yaşaşıyr və Bakıda yaratdığı Türk Sənət Akademiyasına rəhbərlik edir.

- Erhan bəy, Azərbaycanda fəaliyyət göstərməyiniz diqqətimi çox çəkdi. Karyeranıza nə üçün burada davam etdirmək istədiniz?

- Mən Türkiyədə Sənət Akademiyası yaratmışdım. Akademiyaya gələn tələbələrin yetmiş faizi azərbaycanlı gənclər idilər. Onları izləməyə başlayanda gördüm ki, çox istedadlı gənclərdir. Kimi  rejissorluq, kimi aktyorluq, kimi isə şəxsi inkişafla bağlı təhsil almağa gəlirdi. Onları izləyərkən bu məqam diqqətimi çəkdi – gördüm ki, bu gənclər bir-iki aydan sonra yoxa çıxırlar. Araşdıranda məlum oldu ki, kiminin maddi gücü çatmır, kimi yaşayış icazəsinə görə qala bilmir və buna görə də təhsili yarımçıq qoyub gedirlər. Buna görə də qərara gəldim ki, əgər onlar Türkiyəyə gələ bilmirlərsə, biz Aəzrbaycana gedək, orada öz məktəbimizi açaq. Dedik ki, siz gələ bilmirsinizsə, biz gələrik.

* Bir həftə, on gün burada dolaşıb araşdırma apardıq və gördük ki, burada akademiyaya həqiqətən ehtiyac var. Amma belə bir riskimiz də vardı: bizdən əvvəl buraya gələn insanlar dələduzluq edib aradan çıxmışdılar.

* Azərbaycan mənim üçün hər mənada özəldir. Buna görə də akademiyanı burada açdım. Artıq dörd ildir ki, Azərbaycanda yaşayıram və həyatıma burada davam etmək istəyirəm.

- Artıq neçə ildir Azərbaycanda fəaliyyətdəsiniz. Yəqin ki, bu müddətdə bir çox şeylərin şahidi olmusunuz. Fəaliyyət göstərdiyiniz sahədə dəyişmək istədiyiniz nəsə varmı?

- Əlbəttə, həm Türkiyədə, həm də burada var. Kino sahəsində istedadlı, qızıl kimi, əllərində həyata keçirmək istədikləri layihələr olan gənclər var. Deyim ki, Türkiyə bu mövzuda öndədir. Türkiyədə ehtiyacı olan istedadlı insanların əlindən tutar, onlara dəstək olarlar. Çox istərdim ki, burada da belə istedadlı gənclərə dəstək duran, onların ümid yeri olan insanlar olsun. Məsələn, mən burada bir layihə üzərində işləyirəm və kənardan dəstəyə ehtiyacım var. Kimin üçündür bu dəstək? Tamamilə gənclərimiz ilə bağlıdır ki, onlar bir az daha üst səviyyəyə qalxsınlar. Çox arzu edərdim ki, gənclərə dəstək verilsin. Dəstək olsa, Azərbaycanın gəncləri də yüksəlmiş olacaqlar. Burada çox isdedalı aktyorlar, rejissorlar, ağlasığmaz dərəcədə mükəmməl montaj heyəti var. Amma o insanlara yardım göstərilməlidir ki, onlar inkişaf etsinlər.

- Dediniz ki, 4 ildir Azərbaycanda yaşayırsınız. Öz övladlarınızın burada aldıqları təhsildən razısınızmı?

- Bəli, çox razıyam. Burada türk məktəbində təhsil alırlar. Qızım yeddi, oğlum isə doqquz yaşındadır. Onlar Türk Anadolu Liseyində təhsil alırlar. Buradakı təhsil ilə Türkiyədəki təhsil bir az fərqlidir. Xüsusilə uşaq qruplarında uşaqların boş vaxtı olmur. Hər zaman bir məşğuliyyətləri var. Məsələn, biri pianoda ifa edir, digəri başqa bir işə yönləndrililir. Bu səbəbdən də, övladlarımın burada təhsil almaqlarını uyğun gördüm.

Aktyor Erhan Ufak ilə müsahibənin tam variantını “525-ci qəzet”in sabahkı sayında oxuyun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri