Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Qurğuşundan qızıl yaratdılar

Qurğuşundan qızıl yaratdılar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir elm bu gün keçmişin kimyagərlərini xəyalpərəst hesab etsə də, əslində hər iki qrupun əsas motivasiyası eyni olub: kainatın iş prinsiplərini anlamaq və maddəyə nəzarət etmək.

Moderator.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş alimlər ömürlərini dəyərsiz metalları qızıla çevirmək, yəni "Chrysopoeia” arzusu uğrunda sərf etsələr də, daim uğursuzluqla üzləşiblər. Lakin bu gün nəzəri baxımdan bu arzunu reallaşdırmaq düşündüyümüzdən daha asandır. Bunun üçün tələb olunanlar isə nəhəng bir hissəcik sürətləndiricisi, son dərəcə böyük enerji və demək olar ki, məhdudiyyətsiz büdcədir.

Dünyanın ən inkişaf etmiş laboratoriyalarından biri olan CERN qədim simyacıların çata bilmədiyi bu nəticəni Böyük Adron Toqquşdurucusunda həyata keçirilən ALICE təcrübəsi vasitəsilə əldə edib. Fiziklərin əsas məqsədi qızıl istehsal etmək deyil, Böyük Partlayışdan dərhal sonrakı şəraiti simulyasiya etmək üçün ağır hissəcikləri toqquşdurmaq olub. Bu proses zamanı işıq sürətinə yaxın templə hərəkət edən qurğuşun hissəcikləri bir-birinə yönəldilib və nəticə gözlənilməz olub: ümumilikdə 86 milyard qızıl nüvəsi yaranıb. Lakin bu rəqəm ilk baxışdan böyük görünsə də, fiziki ölçüyə çevrildikdə bir qramın trilyonda birindən belə azdır. Bu səbəbdən bu üsulla varlanmaq istəyənlər üçün nəticənin ümidverici olmadığı açıq şəkildə görünür.

Atom mühəndisliyinin sərhədləri: qurğuşunu qızıla çevirmək

Kimyəvi səviyyədə qurğuşun və qızıl bir-birindən tamamilə fərqli görünsə də, atom səviyyəsində aralarındakı fərq yalnız proton sayıdır. Qurğuşun nüvəsində 82 proton, qızıl nüvəsində isə 79 proton mövcuddur. Nəzəri olaraq, qurğuşun atomundan üç protonu dəqiq şəkildə ayırmaq mümkün olarsa, nəticədə saf qızıl əldə edilə bilər. Lakin bu əməliyyatı yüksək dəqiqliklə həyata keçirmək hələ ki mümkün deyil.

CERN-də çalışan fiziklər qurğuşun hissəciklərini bir-biri ilə birbaşa toqquşdurmaq əvəzinə, çox yaxın məsafədən ötürərək güclü elektromaqnit sahələrinin qarşılıqlı təsirini yaradırlar. Bu intensiv enerji sahəsi qurğuşun atomundan protonların qopmasına səbəb olur. Təsadüfən məhz üç proton ayrıldıqda isə qızıl əmələ gəlir.

CERN-də əldə edilən bu qızıl nüvələri zərgərlik məmulatlarına çevriləcək səviyyədə deyil. Yaranan miqdar o qədər azdır ki, adi müşahidə üsulları ilə aşkarlanması mümkün olmur. Alimlər bu mövcudluğu sübut etmək üçün proton və neytronlardakı ən xırda dəyişiklikləri ölçə bilən xüsusi kalorimetrlərdən istifadə edirlər. Üstəlik, bu qızıl atomları son dərəcə qeyri-sabitdir və digər hissəciklərlə toqquşaraq yox olmadan əvvəl cəmi bir mikrosaniyə mövcud qala bilir. Bu səbəbdən fiziklər üçün bu nəticə möcüzədən daha çox əsas təcrübələrə mane olan əlavə bir səs-küy kimi qiymətləndirilir.

Bu sahədə aparılan tədqiqatlar yeni deyil. 1941-ci ildə civə, 1980-ci ildə isə bizmut izotopları vasitəsilə süni qızıl istehsalı sınaqdan keçirilib. Lakin əldə edilən nəticələr ya radioaktiv, ya da müşahidə üçün həddən artıq qeyri-sabit olub. 2002 və 2004-cü illərdə aparılan əvvəlki təcrübələrdə də oxşar nəticələr əldə edilsə də, son sınaqlarda qeydə alınan 86 milyard nüvənin yaranması əvvəlkilərlə müqayisədə əhəmiyyətli irəliləyiş hesab olunur. Buna baxmayaraq, yüksək xərclər və istehsal prosesinin çətinliyi kimyagərlərin minillik arzusunun hələlik yalnız laboratoriya dəhlizlərində "elmi maraq” olaraq qalacağını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri