Icma.az
close
up
RU
Menu

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

QURU SƏRHƏDLƏRİ İLƏ BAĞLI QƏRAR DƏYİŞİR? Milyardlarla zərər görən sahələr və gəlirlərini artıranlar... + AÇIQLAMALAR

QURU SƏRHƏDLƏRİ İLƏ BAĞLI QƏRAR DƏYİŞİR? Milyardlarla zərər görən sahələr və gəlirlərini artıranlar... + AÇIQLAMALAR

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda quru sərhədlərinin açılması məsələsi uzun müddətdir cəmiyyətin gündəmindən düşmür. Zaman-zaman bu məsələ ictimaiyyət arasında, müxtəlif platformalarda və yerli KİV-lərdə müzakirəyə çıxarılsa da, reallıq odur ki, ölkənin quru sərhədləri 2020-ci il fevralın 28-də bağlanıb və bu tarixdən indiyədək 5 il 9 ay, daha dəqiq desək, 2093 gün keçməsinə baxmayaraq, hər hansı bir müsbət dəyişiklik baş verməyib.

Son günlər yenidən Gürcüstan və Türkiyə ilə sərhədlərin mərhələli şəkildə və hətta təxminən bir ay ərzində açılacağı barədə iddialar ortaya atılıb. Lakin ictimai rəydə bu xəbərlərə şübhə ilə yanaşanların sayı daha çoxdur. Səbəb isə, yuxarıda qeyd etdiyimiz kimi, olduqca aydındır — pandemiyanın ilk illərindən bəri sərhədlərin açılacağına dair yayılan heç bir məlumat öz təsdiqini tapmayıb.

Quru sərhədlərinin bu qədər uzun müddət bağlı qalması regionda unikal bir vəziyyətdir. Pandemiya səbəbindən qapadılan sərhədlərin bağlı saxlanılması ilə bağlı rəsmi qurumların hazırkı əsas arqumenti təhlükəsizlik və miqrasiya nəzarətidir. Lakin bu mövzunun getdikcə geniş ictimai müzakirə predmetinə çevrilməsi, eləcə də iqtisadi yükü azaltmaq, regional hərəkətliliyi bərpa etmək üçün sərhədlərin nə zaman açılacağına dair konkret yol xəritəsinin təqdim edilməsi vacib görünür. Maraqlıdır ki, son günlər bir sıra Milli Məclis üzvləri də bu kimi təşəbbüslərlə çıxış etməyə başlayıblar.

Məsələn, deputat Qüdrət Həsənquliyev bu yaxınlarda "AzPolitika.info"ya verdiyi son müsahibəsində bu mövzuya toxunub və quru sərhədlərinin açılmalı olduğunu dilə gətirib: “Novruz bayramında İrandan, Gürcüstandan, Rusiyadan ölkəyə yüz minlərlə soydaşımız gəlirdi, amma indi ölkəyə giriş yalnız təyyarə ilə mümkündür. Gəmi ilə Mərkəzi Asiya respublikalarından turistlər gəlməlidir. Xəzər dənizində gəmi ilə yalnız yük daşımamalıyıq, sərnişindaşıma inkişaf etdirilməlidir.”

Parlamentin plenar iclasında çıxış edən millət vəkili Zahid Orucun fikirlərində maraqlı bir detal diqqət çəkib. Deputat, ölkənin quru sərhədlərinin Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizlə eyni anda açıla biləcəyini qeyd edib. Bu, regionda nəqliyyat əlaqələrinin və iqtisadi münasibətlərin gücləndirilməsi baxımından mühüm bir təklif kimi səslənib. Zahid Oruc, həmçinin bu addımın regional əməkdaşlıq və təhlükəsizlik baxımından da müsbət təsir göstərəcəyini vurğulayıb.

“8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin "Əsrin neft müqaviləsi" kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq”, -deyə o, qeyd edib.

Bu açıqlama, quru sərhədlərinin açılması ilə bağlı uzun müddətdir davam edən müzakirələrə yeni bir baxış bucağı gətirir və sərhədin açılmasının yalnız iqtisadi deyil, həm də strateji baxımdan necə əhəmiyyətli ola biləcəyini göstərir.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli “AzPolitika”-ya şərhində bildirib ki, quru sərhədlərinin bağlı olması Azərbaycan üçün qəbuledilməz bir hala gəlib.

N. Cəfərli qeyd edir ki. Azərbaycan kifayət qədər güclü bir ölkədir və quru sərhədləri açıq şəraitdə də özünü müdafi edə bilər: “Düşünürəm ki, təhlükəsizliklə bağlı problemləri həll edə bilərik. Quru sərhədlərinin bağlı qalması ölkənin imicinə, iqtisadi münasibətlərə, sərhədyanı münasibtlərə, turizmə də ziyan vurur. Bu gün quru sərhədlər çox böyük maneəyə çevrilib. Mən ümid edirəm ki, bu ayıbdan yaxın zamanlarda qurtulacayıq və Azərbaycanın adı artıq quru sərhədi qapalı olan yeaganə ölkə kimi çəkilməyəcək”.

Millət vəkili Elşad Musayev “AzPolitika”ya açıqlamasında bildirib ki, quru sərhədlərin açılması ilə bağlı cəmiyyətdə uzun müddətdir geniş müzakirələr gedir və mətbuatda da bu mövzu daim gündəmdədir. Onun sözlərinə görə, deputat həmkarlarının da bu barədə hökumət qarşısında mövqeyi olub: “Biz dəfələrlə əsaslandırmışıq ki, müxtəlif sahələrin, xüsusilə də turizmin inkişafı üçün quru sərhədlərin açılması vacibdir. Bütün nəqliyyat və keçid yollarının fəaliyyət göstərməsi iqtisadi dinamikanı gücləndirər.”

Deputat qeyd edib ki, hökumətin mövqeyi indiyədək təhlükəsizlik amili ilə bağlı olub: “Hökumət bildirirdi ki, hələ təhlükə tam sovuşmayıb. Ermənistanla münasibətlər müəyyən qədər normallaşsa da, bütövlükdə bölgədə risklər qalır. Əvvəllər pandemiya məsələsi gündəmdə idi. Ötən il parlamentin payız sessiyasının açılışında Prezident də vurğulamışdı ki, quru sərhədləri tam açıq olsaydı, Azərbaycan üçün müəyyən təhlükələr yarana bilərdi.”

Elşad Musayev hesab edir ki, artıq böyük mənada bu təhlükələr aradan qalxıb: “Düşünürəm ki, risklər əvvəlki kimi ciddi deyil. Amma təbii ki, hökumətin əlində daha geniş informasiya var və qərarlar da həmin məlumatlara əsasən verilir. Ümumiyyətlə, quru sərhədlərin açılması həm vətəndaşların rahatlığı, həm də iqtisadi sahələrin inkişafı baxımından müsbət təsir göstərə bilər. Lakin görünür ki, təhlükələr tam aradan qalxmadığı üçün məsələ hələlik açıq qalır.”

Qeyd edək ki, Azərbaycanın quru sərhədlərinin 6 ilə yaxındır bağlı qalması ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Rəsmi qurumlar bu müddət ərzində yaranmış ümumi iqtisadi zərərin dəqiq hesablamasını aparmasa da, mövcud göstəricilər real itkilərin böyük olduğunu ehtimal etməyə əsas verirr. Zərərin ən çox hiss olunduğu bölgələr sərhədyanı ərazilərdir. Sakinlər uzun illər qonşu dövlətlərlə kiçik ticarət, mal mübadiləsi və gündəlik alış-veriş hesabına dolanırdı. Sərhədlərin bağlanması isə həmin insanların əsas gəlir mənbəyini demək olar ki, tamamilə məhdudlaşdırıb.

Turizm sektoru 3 milyarddan artıq zərərə uğrayıb

6 ildə quru sərhədlərinin bağlı qalması turizm sektorunda nəzərəçarpan iqtisadi itkilər yaradıb. Rəsmi statistikaya əsasən, 2019-cu ildə Azərbaycana gələn xarici turistlərin ölkədə xərcləmələri 3 milyard manata yaxın təşkil edib.

Pandemiyadan sonra quru sərhədləri açılmadığı üçün bu göstərici 2020–2023-cü illərdə kəskin şəkildə aşağı düşüb: 2020-ci ildə turist xərcləri 415 milyon manata enib, 2021-ci ildə 1,912 milyard, 2022-ci ildə 1,9 milyard, 2023-cü ildə isə 2,4 milyard manat olub. Yalnız 2024-cü ildə COP-29 tədbiri ilə əlaqədar bu rəqəm yenidən artaraq 5,1 milyard manata çatıb. Sadə müqayisə metodu ilə — yəni 2019 səviyyəsinin sonrakı illər üçün baza kimi götürülməsi ilə — 2020–2024 dövrü üzrə turizmdə yaranmış “potensial itki”ni hesablamaq mümkündür. Əgər hər il 2019-cu ildəki kimi 3 milyard manatlıq turizm gəliri əldə edilsəydi, beş ildə ümumi göstərici 15 milyard manat olardı. Lakin faktiki xərcləmələr cəmi 11,727 milyard manat təşkil edib. Bu isə həmin dövrdə (2020-2024) sektorun təxminən 3,27 milyard manat zərərə uğradığını göstərir.

Digər tərəfdən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda daxili turizm məqsədilə çəkilən xərclərin ümumi həcmi 2 milyard 526,8 milyon manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisdə 13.6% çoxdur. Xərclər arasında ən böyük pay alış-veriş və hədiyyələrin alınmasına düşüb – 647,2 milyon manat. Daha sonra qidalanma (616,6 milyon manat), yerləşmə xidmətləri (467,9 milyon manat) və nəqliyyat xidmətləri (373,2 milyon manat) gəlir. Bu dörd istiqamət birlikdə ümumi məbləğin təxminən 83,3%-ni formalaşdırıb.

Aviaşirkətlər gəlirlərini 6 dəfə artırıb

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2020-ci ilin fevral ayından etibarən quru sərhədlərinin bağlı saxlanması hava nəqliyyatı sektorunda sərnişin daşımaların həcmini, bazarın əsas nəzartəçisi olan AZAL-ın və  ölkədə fəaliyyət göstərn digər xarici aviaşirkətlərin gəlirlərini əhəməiyyətli dərəcədə artırıb.


Belə ki, pandemiyadan əvvəlki bir neçə ay ərzində sərnişin daşımaları ciddi şəkildə azalmışdısa, sərhəd keçid məntəqələrində tətbiq olunan məlum məhdudiyyətlər hava yolu reyslərinə olan tələbatı artırmış oldu. Məsələn, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 476,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 106,5 min sərnişin və yaxud 3,2 % çoxdur. Ötən ilin rəsmi statistikasına görə, hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb. Hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib. Ötən il sərnişin daşınmasından əldə olunan gəlir isə 2 milyard 99 milyon manat olub. Bu gəlirin 2 milyard 39 milyon manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.

Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirləri aşağıdakı formada daha aydın şəkildə anlamaq olar:

- 2020-ci il - 577,9 min nəfər sərnişin daşınıb - 343 milyon 383 min manat gəlir əldə olunub;

- 2021-ci il - 1 milyon 132 min nəfər sərnişin daşınıb - 635 milyon 109 min manat gəlir əldə olunub;

- 2022-ci il - 2 milyon 253 min nəfər sərnişin daşınıb - 1 milyard 261 min manat gəlir əldə olunub;

- 2023-cü il - 2 milyon 911 min nəfər sərnişin daşınıb - 1 milyard 473 min manat gəlir əldə olunub;

- 2024-cü il - 4 milyon 44 min nəfər sərnişin daşınıb - 2 milyard 99 min manat gəlir əldə olunub.

- 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 476,1 min sərnişin daşınıb. 10 ayda hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. 


10 ay ərzində əldə olunan gəlirlə bağlı rəsmi bir məlumat açıqlanmayıb. Ancaq rəsmi statistika onu da deyir ki, son 5 ildə (2020–2024) Azərbaycanda hava nəqliyyatı ilə ümumilikdə 10 milyon 918 min 600 nəfər sərnişin daşınıb, bu dövrdə əldə olunan ümumi gəlir isə 5 milyard 811 milyon 493 min 400 manat təşkil edib. Yəni, 2020-ci illə müqayisədə quru sərhədləri bağlandıqdan sonra aviaşirkətlərin qazancı nə az, nə çox düz 6 dəfə artıb...

Hazırkı iddialar sərhədlərin mərhələli şəkildə açılacağına ümid yaratsa da, gerçək vəziyyət yalnız rəsmi qərar elan olunduğu anda aydın olacaq. Hələliksə, Azərbaycan quru sərhədlərini ən uzun müddət bağlı saxlayan yegabə ölkə olaraq qalır...

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see361

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see204

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see183

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see178

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see172

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see156

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see147

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see145

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see142

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see139

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see139

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see137

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see136

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see134

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri